• $
  • €
  • ₽
  • ₺
  • £

ADNOC "Abşeron" qaz-kondensat yatağının işlənməsi layihəsində 30% pay alıb - SOCAR

ADNOC "Abşeron" qaz-kondensat yatağının işlənməsi layihəsində 30% pay alıb - SOCAR
04.08.2023 15:54
Abu Dabi Milli Neft Şirkəti (ADNOC) SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) və Fransanın TotalEnergies şirkətlərindən səhmlərin 15%-ni alaraq Xəzər dənizindəki Abşeron qaz-kondensat yatağının işlənməsi layihəsinin səhmdarına çevrilib.

"Cümə günü Bakıda ADNOC-un layihədə 30%-lik payın SOCAR və TotalEnergies-dən alınmasına dair müqavilənin imzalanması mərasimi keçirilib. Sövdələşmə başa çatdıqdan sonra SOCAR və TotalEnergies-in Abşeron layihəsindəki payları hər biri 35% olacaq”, - SOCAR-ın açıqlamasında bildirilir.

Bu günə qədər SOCAR və TotalEnergies Abşeron layihəsində hər biri 50%-lik paya malik idirlər.

SOCAR qeyd edir ki, bu saziş Azərbaycan və BƏƏ arasında strateji münasibətləri daha da gücləndirəcək və rəsmi Bakının etibarlı təbii qaz təchizatçısı kimi mövqeyinə dəyərli töhfə verəcək.

"ADNOC-un Azərbaycanda BƏƏ hüdudlarından kənarda mədənçıxarma layihəsinə ilk sərmayə qoyması ölkəmizdə xarici investorlar üçün yaradılmış əlverişli investisiya mühitinin daha bir təsdiqidir”, - SOCAR-ın məlumatında deyilir.

Bundan əlavə, SOCAR və ADNOC arasında Anlaşma Memorandumu da imzalanıb.

"Sənəd Azərbaycan Dövlət Neft Şirkətinin Əbu-Dabidə upstrim layihələrində iştirakını və bu məsələdə ADNOC tərəfindən müvafiq dəstəyi nəzərdə tutur”, - məlumatda deyilir.

SOCAR-dan verilən məlumata görə, memorandumu imzalayan tərəflər eyni zamanda bərpa olunan mənbələr və aşağı karbon həlləri sahələrində, o cümlədən üçüncü ölkələrin neft-qaz sektorunda investisiya imkanları sahəsində potensial əməkdaşlıq sahələrini araşdıracaqlar. 

2023-cü il iyulun 10-da "TotalEnergies” və SOCAR Xəzər dənizindəki "Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasilata başlandığını elan ediblər.

"Abşeron” yatağının işlənməsini "Absheron Petroleum B.V.” Müştərək Əməliyyat Şirkəti həyata keçirir. (JOCAP) SOCAR Abşeron və TOTAL E&P Absheron tərəfindən yaradılıb. Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv. kilometrdir.

Abşeron bloku Bakıdan 100 km aralıda, dənizin 500 metr dərinliyində  yerləşir. 2019-cu ildə SOCAR və TOTAL şirkəti "Abşeron” yatağında dərinliyi 7411 metr olan "ABD-001” istismar-qiymətləndirmə quyusunun qazılmasını başa çatdırıb. İlkin hesablamalara görə, yatağın ehtiyatları 300 milyard kubmetr qaz və 100 milyon ton kondensat təşkil edir və onun işlənməsi mərhələli şəkildə həyata keçiriləcək.

Birinci mərhələdə hasilat həcmi ildə 1,5 milyard kubmetr təşkil edəcək. Layihə ən yüksək həddə ildə təxminən 5 milyard kubmetr qaz hasil edə bilər. Yataq həmçinin gündəlik təxminən 10 000 barel kondensat hasil edəcək.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol