• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət borcunun idarə edilməsi strategiyasına dəyişikliklər təsdiqlənib

Dövlət borcunun idarə edilməsi strategiyasına dəyişikliklər təsdiqlənib
04.08.2023 18:34
Azərbaycan prezidenti İlham Əliyev 2022-2025-ci illər üçün dövlət borcunun idarə edilməsi strategiyasına dəyişiklikləri təsdiqləyib.

Dəyişikliklərə əsasən, strateji məqsəd dövlət borcunun 2025-ci ilin sonuna qədər ÜDM-in 30%-dən çox olmayan (əvvəllər dövlətborcu ÜDM-in 20%-dən çox olmamalıidi, red) səviyyədə saxlamaqdır. 

Bundan əlavə, dəyişikliklərə əsasən, 2026-cı ilə qədər Azərbaycanın xarici borcu 10 milyard dollardan çox olmamalıdır (əvvəllər ÜDM-in 15%-dən çox olmamalı idi).

Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü il iyunun 30-a  Azərbaycanın dövlət borcu 16 milyard 151 milyon manat və ya cari il üçün proqnozlaşdırılan ÜDM-in 14,5%-i, o cümlədən xarici borc 6 milyard 576,9 milyon dollar (11 milyard 180,7 milyon manatvə ya ÜDM-in 10%-i qədər) təşkil edib. 
 
Ölkənin daxili borcu isə 4 milyard 970,3 milyon manat və ya ÜDM-in 4,5%-i qədər olub.

Nazirliyin proqnozlarına görə, 2023-cü ilin sonuna dövlət borcu 17 milyard 536 milyon manata (indiki məzənnə ilə 10 milyard 315,3 milyon dollar) yüksələcək.
 
Eyni zamanda, 2024-cü il yanvarın 1-nə xarici borc 6 milyard 381 milyon dollar və ya 10 milyard 847 milyon manat, daxili borc 6 milyard 689 milyon manat təşkil edəcək.
 
N.Təbrizli


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol