• $
  • €
  • ₽
  • ₺
  • £

Macarıstan şirkəti Azəri-Çıraq-Günəşlidə əsaslı xərcləri azaldıb

Macarıstan şirkəti Azəri-Çıraq-Günəşlidə əsaslı xərcləri azaldıb
04.08.2023 20:27

Macarıstanın "MOL Group" şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yatağında 2023-cü ilin ikinci rübündə əsaslı xərcləri gündəlik 34,4 milyon ABŞ dolları olub.

Trend xəbər verir ki, ötən ilin analoji dövründə bu rəqəm gündəlik 37,2 milyon dollar təşkil edib.

Beləliklə, şirkətin AÇG-nin işlənməsinə kapital qoyuluşu illik hesablamada 7,5 faiz azalıb. 2023-cü ilin ikinci rübündə şirkətin blok üzrə digər xərcləri 1 milyon dollar olub. Eyni xərclər 2022-ci ilin analoji dövründə 600 min dollar təşkil edib.

2023-cü ilin birinci yarısında AÇG-dən ümumi hasilat – "Çıraq" (23 000), "Mərkəzi Azəri" (98 000), "Qərbi Azəri" (91 000), "Şərqi Azəri" (61 000), "Dərinsulu Günəşli" (67 000) və "Qərbi Çıraq" (35 000) platformalarından birlikdə – gündə orta hesabla 375 000 barel və ya ümumilikdə təxminən 68 milyon barel və ya 9 milyon ton olub.

İkinci rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.
2023-cü ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda 3 neft hasilatı və 4 su injektor quyusunun qazılması tamamlanıb.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından "BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol