• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın daxili dövlət borcu 782 milyon manat artıb

Azərbaycanın daxili dövlət borcu 782 milyon manat artıb
14.08.2023 19:14
1 iyul 2023-cü il tarixinə daxili dövlət borcu 4.970,3 milyon manat və ya 2023-cü il üzrə proqnozlaşdırılan ÜDM-in 4,5 faizini təşkil edib.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

2022-ci ilin sonu ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 782,1 milyon manat artıb. Bu artımın əsas səbəbləri dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq xarici borcun tədricən əvəzlənərək daxili dövlət borcalmasının həcminin artırılması məqsədilə cari ilin ötən dövrü ərzində xarici dövlət borc üzrə vaxtı çatan əsas borc ödənişlərinin daxili maliyyə bazarında yerləşdirilən dövlət istiqrazları hesabına təkrar maliyyələşdirilməsi, habelə dövlət büdcəsinin xərclərinin bir hissəsinin daxili borclanma hesabına maliyyələşdirilməsi olub.

Daxili dövlət borcunu daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə ödənilməmiş qalıq vəsait təşkil edib. Hesabat tarixinə daxili dövlət borcunun 27,5%-i 1 illik, 52,1%-i 2 və 3 illik, 20,4%-i isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol