• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda tikinti materiallarının istehsalı 24% artıb

Azərbaycanda tikinti materiallarının istehsalı 24% artıb
15.08.2023 22:54
2023-cü ilin yanvar-iyulunda  Azərbaycanda 592,9 milyon manatlıq (cari məzənnə ilə 348,7 milyon ABŞ dolları dəyərində ) tikinti materialları istehsal olunub ki, bu da 2022-ci ilin eyni aylarının göstəricisindən 24,1% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Statistikaya əsasən, sement istehsalının həcmi 2,089 milyon ton (artım 4%), yığma beton konstruksiyaların istehsalı 16,4 min kubmetr (azalma 35,2%), asfalt istehsalının həcmi 32,2 min ton (azalma 46,9%) təşkil edib. 

Bundan başqa, tikinti kərpicinin istehsalı 318,9 min kubmetr (azalma 13,8%), tikinti şüşələrinin istehsalı 5,24 milyon kvadratmetr  (artım 22,7%) təşkil edib.

Sement klinkeri 2,167 milyon ton (artım 13,1%), tikinti gipsi - 45,3 min ton (artım 2 dəfə), hazır beton qarışığı - 2,076 milyon ton (artım 14,6%), tikinti əhəngi - 32,3 min ton (artım 40,4%) istehsal edilib. 

 2022-ci ildə Azərbaycanda 1 milyard 85,7 milyon manatlıq (indiki məzənnə ilə 638,8 milyon ABŞ dolları) tikinti materialları istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12,6% çoxdur.
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol