• $
  • €
  • ₽
  • ₺
  • £

Son bir ayda biznes kreditlərinin həcmi azalıb

Son bir ayda biznes kreditlərinin həcmi azalıb
21.08.2023 14:18
2023-cü il avqustun 1-nə Azərbaycanda biznes kreditlərinin həcmi 11 milyard 622.7 milyon manat təşkil edib, bu da ötən ayın eyni dövrü ilə müqayisədə 0.2% və ya 27.8 milyon manat azdır. Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
 
Hesabat dövründə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 10.7% və ya 1 milyard 125.7 milyon manat artıb. 
 
Mərkəzi Bankın məlumatına görə, 2023 cü il martın 31- də bankların ümumi kredit portfeli 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 2,3 faiz artaraq 20 milyard 38,59 milyon manat təşkil edib. Bu zaman biznes kreditləri portfeli 1,1 faiz artaraq 10 milyard 971,39 milyon manata çatıb və bütün kredit portfelinin 54,8 faizinə bərabər olub. 

S&P Global Ratings" beynəlxalq reytinq agentliyinə görə, Azərbaycan banklarının özəl sektora kredit qoyuluşu 2025-ci ilə kimi artacaq. Agentlik hesab edir ki, Azərbaycan banklarının özəl sektora kredit qoyuluşu 2022-ci ildəki 2,7 faiz azalmadan sonra, bu il 2,8 faiz, 2024-cü ildə isə 2,1 faiz artacaq.

Azərbaycanda 31 dekabr 2022-ci il tarixinə 25 bank fəaliyyət göstərmək üçün lisenziyaya malikdir.
 
Aytac Zeynalova


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol