• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank tədavülə yüksək gəlirli manat istiqrazları buraxır

Unibank tədavülə yüksək gəlirli manat istiqrazları buraxır
25.08.2023 16:40
23 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "Unibank KB”-nin tədavül müddəti 12 ay (360 gün), nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 11.5%, faiz ödəniş dövrü isə hər 3 aydan (90 gün) bir təşkil edən, 20 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının emissiya prospekti qeydiyyata alınıb.
İstiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə nəzərdə tutulur. Bu barədə ətraflı məlumat ictimaiyyətə qiymətli kağızlar BFB-də listinqə alındıqdan sonra açıqlanacaq.
 
Unibank istiqrazlarını əldə etmək istəyən şəxslər qeyd edilən linkə keçərək müraciət edə bilərlər: https://unicapital.az/unibank-istiqrazlari
Nəzərinizə çatdıraq ki, fiziki şəxslər tərəfindən istiqrazlar üzrə əldə edilən faiz gəliri 10% gəlir vergisindən azaddır.
 
Ötən il 30-cu ilini qeyd edən "Unibank”, ölkənin ən köklü kommersiya banklarından olmaqla yanaşı, Azərbaycanda ilk dəfə olaraq "mobile-only” (filialsız bank- Leobank) prinsipini tətbiq edən maliyyə qurumudur.
Həmçinin cari ilin may ayında "Azərbaycan Respublikası Mərkəzi Bankı”, "Bakı Fond Birjası” QSC, "Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi” və "Unicapital İnvestisiya Şirkəti”nin iştirakı ilə "Unibank K.B.” ASC-ə həsr olunan "Emitent günü” uğurla baş tutub. Kütləvi informasiya vasitələrinin gündəm mövzusuna çevrilən tədbirin məqsədi investorlara və potensial emitentlərə mütəşəkkil kapital bazarının üstünlüklərini çatdırmaq olub.
 
Qeyd edək ki, qiymətli kağızların anderraytinqi, investisiya və törəmə maliyyə alətləri üzrə çoxşaxəli xidmət göstərən "Unicapital İ.Ş.”, korporativ müştərilərinin bizneslərini genişləndirərək əlavə kapital cəlb etmələri, eyni zamanda mövcud səhm və istiqrazlarını birjaya yerləşdirə bilmələri üçün onlara etibarlı və asan anderraytinq xidməti təklif edir.

BFB-nin ilk, ən uzunmüddətli üzvü və fond bazarının 16 illik peşəkar iştirakçısı olan "Unicapital İnvestisiya Şirkəti” ASC-nin müştəri sayı artıq 700 000-ə çatır.

Şirkətin Nizamnamə kapitalı 100%-lik "Unibank KB” ASC-yə məxsusdur.
 
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol