• $
  • €
  • ₽
  • ₺
  • £

“Şahdəniz”yatağından hasil edilən qazın həcmi açıqlanıb

“Şahdəniz”yatağından hasil edilən qazın həcmi açıqlanıb
28.08.2023 16:12
"Şahdəniz” yatağından hasilatın başlanğıcından indiyədək ümumilikdə 200 milyard kubmetr qaz əldə olunub. Bu barədə "Şahdəniz” yatağının operatoru olan "BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Bildirilib ki, 200 milyardıncı kubmetr qaz avqustun 26-da, yəni yataqdan ilk kommersiya qazının çıxarıldığını və Cənubi Qafqaz boru kəmərinin istismara verildiyini elan ediləndən 16 il yarım sonra əldə olunub.
 
2023-cü il avqustun 1-də "Azəri-Çıraq-Günəşli” (AÇG) və "Şahdəniz” yataqlarından 409 milyard kubmetr qaz hasil olunub.
 
Hesabat dövründə AÇG və "Şahdəniz”dən 620,3 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 577,5 milyon ton neft, "Şahdəniz”dən isə 42,8 mln. tona yaxın kondensat çıxarılıb.

2023 cü il avqustun 1 -dən 618,4 milyon tonu ixraca nəql edilib.
 
İyulun əvvəlində Azərbaycan Neft Fondunun (ARDNF) hesabatında 2023-cü ilin yanvar-iyununda AÇG və "Şahdəniz" yatağndan hasil edilən mənfəət nefti və qazın satışından əldə etdiyi gəlir 4,35 milyard dollar təşkil edib. 

ARDNF-nin Azərbaycanın AÇG yataqlar blokundan əldə etdiyi mənfəət neftinin satışından əldə etdiyi gəlir 3 milyard 328 milyon dollar (31,3% azalma) təşkil edib.

15 dekabr 2006-cı il tarixində baş vermiş ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi. O vaxtdan bəri "Şahdəniz” Mərhələ-1 qazı uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır.

"Şahdəniz” yatağının işlənməsinin növbəti mühüm mərhələsi 2018-ci ildən, yəni "Şahdəniz-2” layihəsindən Türkiyəyə ilk kommersiya qaz həcmləri nəqlinin başlandığı və iyulun sonunda "Şahdəniz Bravo” platformasından ilk qaz hasilatının əldə olunduğu ildən istismardadır.
 
"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Tərəflərin müqavilədə iştirak payı hazırda aşağıdakı kimidir: bp (operator - 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və Cenub Qaz Dehlizi QSC (21,02%)
 
Aytac Zeynalova
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol