• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın boru kəmərlərindən əldə etdiyi gəlir açıqlanıb

Azərbaycanın boru kəmərlərindən əldə etdiyi gəlir açıqlanıb
30.08.2023 14:32
2023-cü ilin altı ayında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 535 337,2 min manat təşkil edib, bu da illik müqayisədə 12,5% azdır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Bildirilir ki, 2022-ci ilin müvafiq dövründə əldə edilən gəlir 612 054,3 min manat səviyyəsində olub.

Cari ilin yanvar-iyununda  magistral neft kəmərləri ilə 19 649,7 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 10,7% çoxdur.

2023-cü ilin birinci yarısında magistral neft kəmərləri şəbəkəsində itkilər ötən ilin müvafiq dövründəki 1,3 min tona qarşı (artım 30,8%) 1,7 min ton təşkil edib.

2023-cü ilin yanvar-iyununda Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) istismarından əldə olunan gəlirlər 1 milyard 261 milyon 251,7 min manat (741,9 milyon dollar) artım ötən ilin birinci yarısı ilə müqayisədə 9,5% artıb.

Bu ilin birinci yarısında magistral qaz kəmərləri şəbəkəsində itkilər 38 milyon kubmetr təşkil edib, ötən ilin eyni dövründəki göstərici 24,8 milyon kubmetr (artım 53,2 faiz) olub.


2023-cü ilin yanvar-iyununda magistral neft kəmərləri ilə 19 milyon 649,7 min ton neft (artım 10,7%), qaz kəmərləri ilə 20 milyard 273,1 milyon kubmetr qaz (artım 1,9 faiz) nəql olunub. Eyni zamanda, magistral neft kəmərləri ilə nəql edilən neftin 76,5 faizi Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə, magistral qaz kəmərləri ilə vurulan qazın isə 53,8 faizi SKTM-nin payına düşüb.


2022-ci ildə Azərbaycanın magistral kəmərlərin fəaliyyətindən əldə etdiyi gəlir 3 milyard 567 milyon 157 min manat (artım 17%) olub. Bununla yanaşı, magistral neft kəmərlərinin istismarından 1 milyard 238 milyon 913,7 min manat (artım 3,4 faiz), magistral qaz kəmərlərinin istismarından əldə edilən gəlirlər 2 milyard 328 milyon 243,1 min manat (artım 25,7 faiz) təşkil edib.
 
Aytac Zeynalova
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol