• $
  • €
  • ₽
  • ₺
  • £

EBRD-nin vitse prezidenti Yurgen Rigterink Azərbaycana səfər edəcək - RƏY

EBRD-nin vitse prezidenti Yurgen Rigterink Azərbaycana səfər edəcək - RƏY
04.09.2023 14:42
Sentyabrın 7-dən etibarən Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) birinci vitse-prezidenti və Müştəri Xidmətləri Qrupunun rəhbəri Yurgen Rigterinkin Cənubi Qafqaza bir həftəlik səfəri başlayacaq. Bu haqqda məlumatı EBRD-nin Azərbaycan nümayəndəliyi verib. 

Yurgen Rigterink EBRD-nin Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patronenin müşayiəti ilə Cənubi Qafqazın hər bir ölkəsində hökumət rəsmiləri, mərkəzi bankların rəhbərləri, biznes liderləri və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri ilə görüşəcək. 

O həmçinin EBRD-nin Qafqaz üzrə sabiq regional direktoru Katarina Byorlin Hansen və bu vəzifəyə yeni təyin olunmuş Aliks Vryenios Drakinos arasında təhvil-təslimi qeyd edəcək.

"Bu səfər, xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsi və artan qeyri-müəyyənliyi nəzərə alaraq, regiondakı prioritetləri müzakirə etmək üçün hökumət nümayəndələri və işgüzar dairələrin üzvləri ilə görüşmək imkanıdır. Qafqaz Bank üçün mühüm regiondur və biz invesitisyalarımız, məsləhət xidmətlərimiz və starteji tapşırıqlarımız vasitəsilə regionda dayanıqlı iqtisadi inkişafı davamlı dəstək prinsipimizə sadiqik”, - Azərbaycana səfəri ilə bağlı Yurgen Rigterink bildirib. 

Bankçılıq üzrə ekspert və hüquqşünas Əkrəm Həsənov EBRD-nin vitse prezidenti Yurgen Rigterinkin Azərbaycana səfər etməsinin əsas məqsədinin Azərbaycan şirkətlərinə investisiya etmək olduğunu bildirib. 

"Adətən beynəlxalq maliyyə qurumlarının rəhbərləri, və digər rəhbərliyə daxil olan şəxslər, təbii ki, ölkələrə gəlirlər ki, hansısa konkret mövzunu və ya layihəni müzakirə etsinlər, planlaşdırsınlar. Yəni Avropa Yenidənqurma və İnkişaf Bankından söhbət gedirsə, o indiyə kimi Azərbaycanda bir çox layihədə iştirak edib, böyük ehtimalla bundan sonra da davam edəcək. VƏ təbii olaraq, Avropa Yenidənqurma və İnkişaf Bankının tək məqsədi Azərbaycanın inkişafı deyil. Onlar özləri də buradan gəlir götürəcəklər. Bu səfərdə onların hansı layihələrə investisiya qoyacaqlarını görəndə biz daha konkret biləcəyik onların əsas məqsədini. Hansısa sahəyə və ya şirkətə investisiya etmək istəyəcəklər və Azərbaycan hökuməti də bununla maraqlanmalıdır ki, onları daha da cəlb etsinlər və onlar da Azərbaycana investisiya qoysunlar”, - Əkrəm Həsənov açıqlayıb. 

Avropa Yenidənqurma və İnkişaf Bankının həm özəl, həm də dövlət sektorunda sadəcə Azərbaycan üzrə 188 layihəyə 3484 milyon avrodan çox pul xərcləyib. 
 
Rabia Hale Seferoğlu

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol