• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə fındıq ixracı azalıb

Türkiyədə fındıq ixracı azalıb
06.09.2023 11:39
Son bir il ərzində Türkiyə 1 milyard 795 milyon dollar dəyərində fındıq ixrac edib.

Qara Dəniz Fındıq İxracatçıları Birliyi açıqlamasında 1 sentyabr 2022-ci ildə başlayan fındıq ixracat mövsümünün 31 avqust 2023-cü ildə başa çatdığını bildirib.

Bu dövrdə xaricə 1 milyard 795 milyon 189 min 783 dollar dəyərində 298 min 557 ton fındıq göndərilib .

2022-2023 mövsümündə fındıq ixracat nisbəti əvvəlki mövsümlə müqayisədə 12% - kəmiyyət ifadəsində 41 min 590 ton və 9,6%, yəni maliyyə baxımından 190 milyon 854 min 786 dollar azalıb.

Açıqlamada qeyd olunur ki, avqustda ixracın həcmi 15,111 min ton fındıq üçün 90 milyon 327 min 450 dollar təşkil edib.

İxracatçılar ümid edirlər ki, yeni mövsüm sektorun bütün iştirakçıları üçün əlverişli olacaq və daha yüksək ixrac göstəriciləri əldə olunacaq.

2023-cü ilin birinci yarısında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycandan 25,395 milyon avro dəyərində 4,773 min ton qabığı təmizlənmiş meşə fındığı  idxal edib.
Azərbaycan 2023-cü ilin birinci yarısında 11 489,2 ton fındıq ixrac edib ki, bu da 2022-ci ilin ilk altı ayı ilə müqayisədə 18,9% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

İxrac edilən qabığı soyulmuş fındığın dəyəri 58 milyon 767,17 min dollar (artım 5,7%) qiymətləndirilir.
 
Gülnar Nazimqızı

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol