• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəri-Çıraq-Günəşli”-nin gəlirləri azalıb

“Azəri-Çıraq-Günəşli”-nin gəlirləri azalıb
06.09.2023 16:05
2023-cü ilin yanvar-avqustunda "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən neft və qazın satışından 4 milyard 728 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 901 milyon ABŞ dolları və yaxud 28,7 % azdır. Bu barədə Azərbaycan Dövlət Neft Fondu  məlumat yayıb. 

Ötən ilin 8 ayında Neft Fondu AÇG-dən 6 milyard 629 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

AÇG Azərbaycanın ən böyük neft yataqları blokudur.
 
Hesabat dövründə AÇG-dən 211 milyard kubmetr, "Şahdəniz”dən isə 198 milyard kubmetr qaz hasil edilib.

"Bu dövrdə "Şahdəniz” yatağından hasil edilən qazın 139,9 mlrd. kubmetrə yaxını ixrac edilib”, - məlumatda qeyd olunur.

Hesabat dövründə AÇG və "Şahdəniz”dən 620,3 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 577,5 milyon ton neft, "Şahdəniz”dən isə 42,8 milyon tona yaxın kondensat çıxarılıb.

2023-cü il avqustun 1-dən  AÇG-dən hasil edilən neftin 618,4 milyon tonu ixrac edilib.

ARDNF-nin Azərbaycanın AÇG yataqlar blokundan əldə etdiyi mənfəət neftinin satışından əldə etdiyi gəlir 3 milyard 328 milyon dollar (31,3% aşağı düşüb) təşkil edib.
 
Aytac Zeynalova


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol