• $
  • €
  • ₽
  • ₺
  • £

İqtisadi Şuranın növbəti iclası keçirilib

İqtisadi Şuranın növbəti iclası keçirilib
12.09.2023 19:10
Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin 2024-cü il və ortamüddətli dövr üçün müəyyən etdiyi prioritetlərin və hədəflərin əsasında hazırlanan 2024-cü və sonrakı üç il üzrə icmal və dövlət büdcələrinin proqnoz göstəriciləri, büdcə proqnozlarında istifadə olunan əsas fərziyyələr, büdcə qaydasının parametrləri üzrə hədəf göstəriciləri, 2024-2027-ci illərdə büdcə siyasəti, milli xərc prioritetləri, Böyük Qayıdış Proqramının maliyyələşdirilməsi, Ortamüddətli Xərclər Çərçivəsinin parametrləri, ortamüddətli dövr üçün sosial-iqtisadi inkişaf proqnozları və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məruzələri dinlənilib.

İclasın yekununda 2024-cü ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol