• $
  • €
  • ₽
  • ₺
  • £

Avqustda sosial müavinət və təqaüd alanların sayı 826 min nəfərdən çox olub

Avqustda sosial müavinət və təqaüd alanların sayı 826 min nəfərdən çox olub
28.09.2023 10:12
2023-cü ilin avqustunda ölkə üzrə aylıq sosial müavinət və təqaüd alanların sayı 826 min nəfərdən çox olub. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilir ki, onların 436 min nəfərdən çoxunu aylıq sosial müavinət, 390 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.

Bu ilin 8 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 464 min nəfərə sosial müavinət, 375 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz çox olmaqla 662 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 428 milyon manat ödənilib.

Yanvar-avqustda 90,8 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 520 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
 
Aytac Zeynalova 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol