• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb

Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb
10.10.2023 11:40
2023-cü ilin doqquz ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təxminən 3,7 milyard manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 % çoxdur. Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilir ki, yanvar- sentyabrda  daxilolmaların 2,4 milyard manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 14,8 % çoxdur.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 132,8 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,1 % artaraq 98,2 milyon manata çatıb.

2022-ci ildə sosial sığorta haqları üzrə Azərbaycan büdcəsinə daxilolmalar əvvəlki illə müqayisədə 19,2 % artıb.
 
Aytac Zeynalova 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol