• $
  • €
  • ₽
  • ₺
  • £

9 ayın neft-qaz hasilatı və ixracı açıqlanıb

9 ayın neft-qaz hasilatı və ixracı açıqlanıb
16.10.2023 10:12
2023-cü ilin yanvar-sentyabrı üzrə Azərbaycanda neft-kondensat hasilatının həcmi 22,7 milyon ton, ixracı isə 19 milyon ton olub.  Bunu energetika naziri Pərviz Şahbazov "X” sosial şəbəkə hesabında bildirib.

O bildirib ki, 5 % artımla hasil edilmiş 36,1 milyard kubmetr təbii qazın isə 17,8 milyard kubmetri ixrac olunub.

Hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.

TAP AG 2026-cı ildən etibarən qaz kəmərinin ildə 1,2 milyard kubmetr qazla genişləndirilməsinin birinci mərhələsini həyata keçirəcək.
 
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.

Prezident İlham Əliyev fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində  nazirlərin 9-cu iclasında çıxışı zamanı deyib ki, 2023-cü il Azərbaycan Avropaya 24.5 milyard kubmetr qaz ixrac edəcək. 
 
2022-ci ildə BP-nin "Şahdəniz” yatağında qaz hasilatı 25,2 milyard kubmetr, "Azəri-Çıraq-Günəşli” yatağından hasil edilən səmt qazı isə 13,4 milyard kubmetr təşkil edib.
     
Ümumilikdə, ötən il Azərbaycanda neft hasilatı 32,6 milyon ton, qaz hasilatı isə 46,7 milyard kubmetr təşkil edib.
 
Bunun 7,8 milyon ton neft, 8,1 milyard kubmetr qaz isə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən hasil edilib.

Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol