• $
  • €
  • ₽
  • ₺
  • £

Daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər artıb

Daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər artıb
24.10.2023 10:54
2023-cü ilin doqquz ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığorta yığımları 66 milyon 704 min manat təşkil edib, bu da  2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 53.8% və ya 23 milyon 343 min manat çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
 
Ötən ilin yanvar-sentyabrında bu rəqəm 43 milyon 361 min manat olub.

Bu dövrdə daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlərinin həcmi 4 milyon 845.7 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5.3 dəfə və ya 3 milyon 927.4 min manat çoxdur. Ötən ilin ilk 9 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 918.3 min manata bərabər olub.
 
2023- cü ilin yanvar-avqustunda 337 787 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 47,3 % çoxdur.  Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti  məlumat yayıb. 

Cari ilin 8 aylıq göstəricinin 53 117-si  ilkin, 284 670-si isə təkrar qeydiyyatın payına düşüb.

Mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 35 111-i fərdi yaşayış və bağ evi, 63 705-i mənzil, 231 406-sı torpaq sahəsi, 2 106-sı qeyri-yaşayış binası, 4 910-u qeyri-yaşayış sahəsi, 477-si əmlak kompleksi, 72-si isə çoxmərtəbəli yaşayış binasıdır. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların 66 775-i Bakının, qalanı isə bölgələrin payına düşüb.

Son 1 ildə qeydiyyata alınmış ipoteka müqavilələrinin sayı isə 18,4 % artaraq 54 074 olub.

2023-cü ilin altı ayında Azərbaycanda daşınmaz əmlak üzrə 39,093 ipoteka müqaviləsi imzalanıb ki, bu da ötən ilin eyni dövründən 14,6% çoxdur

Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol