• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqı böhrana görə elektrik və qaz qiymətlərini rekkord həddə çatdırıb

Avropa İttifaqı böhrana görə elektrik və qaz qiymətlərini rekkord  həddə çatdırıb
27.10.2023 15:32
2023-cü ilin birinci yarısında yaşayış evlərində 100 kilovat-saat elektrik enerjisinə görə  ödənilən orta məbləğ 28.9 avroya çataraq rekord qırıb, 2022-ci ilin birinci yarısında Aİ ölkələrində 100 kilovat-saat elektrik enerjisinə görə 25.3 avro ödənilib. Bu barədə Avropa Statistika İdarəsi 2023-cü ilin birinci yarısında Aİ ölkələrində yaşayış evlərində istehlak edilən elektrik enerjisi və təbii qaz qiymətləri ilə bağlı məlumatları dərc edib.
 
Bildirilir ki, Avropa İttifaqı (Aİ) ölkələrində keçən il yaşanan enerji böhranı səbəbi ilə rekord həddə qaldırıb.

Cari ilin birinci yarısında Aİ-nin 22 ölkəsində elektrik enerjisinin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Üzv ölkələr arasında elektrik enerjisi qiymətlərində ən yüksək artım Niderlandda müəyyən edilib. Rekord qiymət artımına 2022-ci ildə vergi endirimlərinin dayandırılması və ev təsərrüfatları üçün enerji vergilərinin artırılması səbəb olub.
 
Ən ucuz elektrik enerjisi Bolqarıstanda satılıb. Bolqarıstanda 100 kilovat-saat elektrik enerjisinə görə 11.4 avro ödənildiyi halda, bu ölkəni 11.6 avro ilə Macarıstan və 12.6 avro ilə Malta izləyir.

Qazın ən çox bahalaşdığı ölkələr 139 faizlə Latviya, 134 faizlə Rumıniya, 103 faizlə Avstriya, 99 faizlə Niderland, 73 faizlə isə İrlandiya olub.
 
2024-cü ildə Avropada enerji böhranı yarana bilər. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 31-də Ankarada azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında söyləyib.
 
İyunun sonunda Norveçin ticarət və sənaye naziri Yan Kristian Vestre bildirib ki, Avropada qaz böhranı aradan qalxmayıb və bitməkdən çox uzaqdır. Bundan əlavə, hər hansı bir proqnoz hələ də mümkün deyil.

Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol