• $
  • €
  • ₽
  • ₺
  • £

BTC vasitəsilə ixrac olunan neftin həcmi artıb

BTC vasitəsilə ixrac olunan neftin həcmi artıb
30.10.2023 12:52
 2023-cü ilin doqquz ayında Azərbaycandan neft ixracı  Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərilə 171,676 milyon barel təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 19,2% artıb. Bu barədə İnterfakt məlumat verib. 
 
Təkcə sentyabrda bu ixrac 19,085 milyon barel olub. 

2022-ci ildə BTC boru kəməri ilə vurulan neftin həcmi 29 milyon 749,6 min ton (artım 12,6%), o cümlədən 5 milyon 103,9 min ton tranzit neft (artım 41,8%) təşkil edib.

Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən  neft və "Şahdəniz” yatağından çıxarılan qaz kondensatı, həmçinin SOCAR nefti nəql edilir. 

BTC neft kəmərinin uzunluğu 1768 min kilometrdir ki, bunun 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1076 kilometri Türkiyədən keçir. Kəmərin ötürmə qabiliyyəti ildə 50 milyon tondan artıqdır.

BTC Co.-nun səhmdarları. bunlardır BP (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGCVidesh (2,36%) şirkətləridir.
 
Gülnar 
 
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol