• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il Azərbaycanda 7,5 milyon tondan çox neft və 12 milyard kubmetr qaz hasil edilib

Bu il Azərbaycanda 7,5 milyon  tondan çox neft və 12 milyard  kubmetr qaz hasil edilib
30.10.2023 18:05
2023-cü ilin üçüncü rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 15 min metrdən çox qazma işləri həyata keçirilib. Hesabat dövründə şirkət tərəfindən 2 milyon tona yaxın neft, 2 milyard kubmetrə yaxın qaz hasil olunub və neft hasilatında cüzi artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 7,5 milyon tondan çox neft və 12 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4% artıb.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən  (SOCAR)  xəbər verilir.

Hesabat dövründə SOCAR tərəfindən dünya bazarlarına 4,4 milyon tondan çox xam neft, Gürcüstan bazarına isə təqribən 71 milyon kubmetr təbii qaz ixrac olunub. Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə olaraq beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini ixrac edir. Ümumilikdə cari dövrdə ölkə üzrə 5,8 milyard kubmetrdən çox qaz ixrac edilib. Qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 12,9% artım qeydə alınıb.

Şirkətin Azərbaycandakı emal kompleksində 1,6 milyon tona yaxın neft, 811 milyon kubmetrə yaxın təbii qaz emal olunub. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 592 min ton neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə cüzi artım qeydə alınıb. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı təqribən 2,5 milyard kubmetr təşkil edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol