• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank şəhid övladları üçün keçirilən bayram tədbirinə dəstək olub

Unibank şəhid övladları üçün keçirilən bayram tədbirinə dəstək olub
13.11.2023 15:57
Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümü münasibəti ilə şəhid övladları üçün bayram tədbiri keçirilib. Unibank Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi tərəfindən təşkil edilən "Zəfərin uşaqları” adlı bayram tədbirinə dəstək verib.  Tədbir çərçivəsində şəhid ailələri ilə birlikdə Qubaya səfər edilib və Quba Arena Hoteldə Zəfər Günü qeyd edilib. 

Bayram tədbirində şəhid övladları üçün əyləncə proqramları, viktorinalar təşkil edilib, şəhid övladlarına müxtəlif hədiyyələr verilib. Şəhid qəhrəmanlarımızın adlarının qeyd olunduğu xatirə hədiyyələri də tədbirə qatılan şəhid övladlarına təqdim edilib. 

Unibank öz  brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində ölkəmizin inkişafına, vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək olan vacib layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Vətən müharibəsi, Zəfər Günü ilə tariximizə yazılan 2020-ci ildən bu yana isə Bankın KSM tədbirlərində şəhid və qazilərimizlə bağlı layihələr prioritet istiqamət seçilib.  
Unibank-Sənin Bankın!


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol