• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb
14.11.2023 13:14
2023 ilin noyabrın 1-nə Azərbaycanda 1 499 032 vergi ödəyicisi olub ki, bu da ötən il noyabrın 1-nə nisbətən 7,3 % çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, vergi ödəyicilərinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 7 %, şirkətlərin sayı isə 9 % artıb.

Hesabat tarixinə dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı isə 173 754 təşkil edib. Son 1 ildə kommersiya qurumlarının sayında 9,7 %, aktiv kommersiya qurumlarının sayında isə 13,1 % artım qeydə alınıb.

Noyabrın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,6 %-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,3 %-i səhmdar cəmiyyəti (SC), 1,1 %-i kooperativ və s. formalarda yaradılıb. Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 34 148 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 % artım deməkdir.

2023-cü ilin 10 ayında 13 247 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,7 %-i yerli, 12,3 %-i isə xarici investisiyalıdır.
 
Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 84,4 %-i elektron qaydada qeydə alınıb. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 97,2 % təşkil edib. 2023-cü ilin 10 ayında yeni qeydiyyat üsulu (fin kod+mobil nömrə) ilə 1 831 yerli investisiyalı MMC qeydiyyata alınıb.
2023-cü ilin yanvar-oktyabr aylarında fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 %, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 15,1 % artıb.

Noyabrın 1-nə 22 188 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib. Son 1 ildə onların aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 12,5 % artıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol