• $
  • €
  • ₽
  • ₺
  • £

Əhali geyimə nə qədər pul xərcləyib- STATİSTİKA

Əhali geyimə nə qədər pul xərcləyib- STATİSTİKA
22.11.2023 15:56
2023-cü ilin on ayında ölkədə  pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 6 milyard 448 milyon manat vəsait xərclənib, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.6% və ya 772 milyon manat çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Bu ilin oktyabrında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 965.1 milyon manata bərabər olub.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 14%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Son bir ildə geyimə xərclənən pul 773 milyon manatdan çox artmaqla cəmi xərclərin 14 faizini, qeyri-ərzaq xərclərinin isə 29 faizini təşkil edib.
2022-ci ilin sonunda əhali istehlak mallarının alınmasına xərcləri 3,1% artırıb.

Aytac 
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol