• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Komissiyası Macarıstana “yaşıl enerji” üçün 4,6 milyard avro ayıracaq

Avropa Komissiyası Macarıstana “yaşıl enerji” üçün 4,6 milyard avro ayıracaq
23.11.2023 16:39
Avropa Komissiyası  (Aİ) "yaşıl enerji”yə keçid üçün REPowerEU Avropa proqramının bir hissəsi kimi Budapeştin hazırladığı plana görə, Avropa İttifaqı tərəfindən Macarıstana 4,6 milyard avro səviyyəsində maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutur. Bu barədə Avropa Komissiyası məlumat yayıb.

Cari ilin noyabrın 21-də Macarıstan, Rumıniya, Azərbaycan və Gürcüstanın enerji şirkətləri Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə elektrik enerjisinin Qafqazdan Mərkəzi Avropaya nəqli üçün birgə müəssisə yaradacaqları bildirilmişdi. 

İclasın yekunlarına dair Protokol imzalanıb və növbəti iclasın gələn il Gürcüstanda keçirilməsinə qərar verilib. Həmçinin iclas çərçivəsində "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın müvafiq nazirlikləri arasında yaşıl enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb və bu istiqamətdə "yaşıl enerji platforması”nın yaradılması razılaşdırılıb.
 
2021-ci ilin dekabrında dörd ölkənin liderləri Buxarestdə Azərbaycandan Gürcüstan ərazisindən keçməklə, dənizaltı kabel vasitəsilə Rumıniyaya, oradan isə Macarıstana elektrik enerjisinin tədarükünə dair saziş imzalayıblar. Bundan qısa müddət sonra Siyarto layihənin texniki-iqtisadi əsaslandırmasının dəyərinin 2,5 milyon avro olacağını və Dünya Bankının vəsaiti hesabına qarşılanacağını açıqlayıb. Kabelin uzunluğu 1195 km olacaq.

Macarıstan hökumətinin bildirdiyinə görə, Avropa Komissiyası bu layihəni bütün Avropa üçün vacib hesab edir və ona 2,3 milyard avro ayırıb. Ona investisiyalar dörd ilədək müddətə nəzərdə tutulub. Transqafqazdan gələn ekoloji cəhətdən təmiz elektrik enerjisinin bir hissəsinin Macarıstanda istifadə edilməsi, bir hissəsinin isə oradan başqa ölkələrə göndərilməsi nəzərdə tutulur. Elektrik xətti boyunca fiber-optik kabelin çəkilməsi də nəzərdə tutulur.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol