• $
  • €
  • ₽
  • ₺
  • £

Rusların xarici valyutada depozitləri azalıb

Rusların xarici valyutada depozitləri azalıb
29.11.2023 22:09
 2023-cü ilin oktyabrında Rusiya vətəndaşlarının xarici valyutada əmanətlərinin həcmi 26,8 milyard dollara düşüb ki, bu da 2008-ci ilin fevralından bəri ən aşağı səviyyədir. Bu barədə RİA Novosti Rusiya Mərkəzi Bankının statistikasına istinadən məlumat yayıb.

Ay ərzində ənənəvi xarici valyutada depozitlər 1,5% azalıb. Həmçinin, xarici valyutada cari və hesablaşma hesablarındakı əhali vəsaitləri 2% azalaraq 14,7 milyard olub.Bu, 2017-ci ilin iyunundan bəri minimumdur.

Nəticədə, Rusiya banklarında vətəndaşların xarici valyuta aktivlərinin ümumi məbləği oktyabrda 1,4% azalaraq 41,6 milyard dollara çatıb.

Bundan əvvəl məlum olub ki, Rusiya  Mərkəzi Bankının son iclası ərəfəsində ruslar gözlənilmədən mövcud vəsaitləri bank depozitlərində daha aktiv şəkildə yerləşdirməyə başlayıblar . Noyabrın 18-nə dövriyyədə olan nağd pulun həcmi əvvəlki hesabat dövrü ilə müqayisədə 21,6 milyard rubl azalıb. Bu, 2022-ci ilin yazından bəri bu göstəricinin ilk azalmasıdır.

Gülnar
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol