• $
  • €
  • ₽
  • ₺
  • £

İpoteka Fondu 38 milyon manat faiz gəliri əldə edib

İpoteka Fondu 38 milyon manat faiz gəliri əldə edib
04.12.2023 17:22
2023-cü ilin I yarısında  Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF)-nin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artaraq 11 milyon 578,1 min manat təşkil edib. Bu barədə fondun maliyyə hesabatlarında bildirilib.
 
Ötən ilin I yarısında İKZF-nin xalis mənfəəti 9 milyon 890,9 min manat manat olub.

Hesabat dövründə fondun faiz gəlirləri illik müqayisədə 21.2% artaraq 37 milyon 816.6 min manata, faiz xərcləri isə 24.8% artaraq 20 milyon 804,5 min manata bərabər olub.
 
Bu dövrdə fondun əməliyyat gəlirləri 17 milyon 246 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% çoxdur.

Cari ilin iyununun 30-na İKZF-nin cəmi kapitalı 1 milyard 61.3 milyon manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.8% çoxdur.
 
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 47 007 borcalana 2 milyard 802,6 milyon manat kredit verib. Bu barədə qurumun açıqlamasında bildirilib.

İndiyə qədər 377,754 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 4 005 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
 
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (AİKZF)  mənzillərin almaq hüququ ilə kirayə verilməsi mexanizmi çərçivəsində avqustda  ölkə vətəndaşlarına 233 yeni mənzil təqdim edib

Fondun məlumatına görə, Abşeron rayonunda (Saray kəndi, Məhəmməd Əsədov küçəsi) yaşayış kompleksində 233 mənzil vətəndaşlara təklif olunur. Bu kompleksdə 1, 2 və 3 otaqlı tam təmirli mənzillər kirayə verilir.

Azərbaycan prezidenti İlham Əliyev 2017-ci il dekabrın 26-da "Azərbaycan İpoteka Fondu” ASC-nin ləğvi və Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol