• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn il ARDNF vəsaitlərinin gəlirliliyini artıracaq

Gələn il ARDNF vəsaitlərinin gəlirliliyini artıracaq
08.12.2023 12:33
2024-cü ildə Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin illik gəlirliliyi 3,5 % təşkil edəcək,  bu, 2023-cü ilin proqnozuna nisbətən 1,45 faiz bəndi çoxdur. Bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.

Cari ilin 9 ayında ARDNF borc öhdəlikləri və pul bazarları alətləri üzrə 1,6 %, səhmlər üzrə 11,4 %, daşınmaz əmlak üzrə isə 3,3 % gəlirliliyə nail olub.
 
2023-cü ilin doqquz ayında Dövlət Neft Fondunun aktivləri 13,2 % artaraq 55 milyard 524 milyon ABŞ dolları olub.

Cari ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərin ilkin olaraq 2% və ya 1 590,0 milyon manat proqnozlaşdırılmış, lakin sonradan bazarda baş verən prosesləri nəzərə alaraq dürüstləşmiş büdcədə gözlənilən gəlirlilik 4,5% olaraq müəyyənləşdirilmiş, 9 aylıq icra göstəricilərinə əsasən vəsaitlərin idarə olunmasından 2 651,1 milyon manat və ya 3,1% gəlir ilə yekunlaşması bildirilib.
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol