• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan COP29-u keçirməyə hazırdırmı? - Açıqlama

Azərbaycan COP29-u keçirməyə hazırdırmı? - Açıqlama
12.12.2023 11:48
2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycanda keçiriləcək. Bunu COP28-in yekun sessiyasının plenar iclasında COP28-in prezidenti Sultan Əl-Cabir deyib. 
 
Dekabrın 9-da Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bəyan edib ki, gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu Konfransına ev sahibliyi etmək üçün respublikanın namizədliyi ilə bağlı "ümumi konsensus” əldə olunub.
 
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatı Vüqar Bayramov bildirir ki, Azərbaycan COP29 tədbirinə sahiblik edəcək potensialdadır.
 
"Azərbaycan daha əvvəl də böyük və samballı konfranslar təşkil edib. COP29 kifayət qədər vacib bir tədbirdir. Azərbaycanın buna ev sahibliyi etməsi də ciddi bir uğur kimi qiymətləndirilməlidir. Çünki əvvəlki illərin təcrübəsi də göstərir ki,  məhz bu tədbirə ev sahibliyi qazanmaq kifayət qədər çətin və dəstək tələb edən bir prosesdir. Sözsüz hazırlıqların sistemli şəkildə aparılması vacibdir. Bu kontekstdə həm qarşılanma, həm yerləşdirmə ilə bağlı daha sistemli    fəaliyyətlərin həyata keçiriləcəyi gözlənilir.  Azərbaycan COP29 -a müraciət edən zaman öz potensialını muəyyənləşdirərək müraciəti təqdim edib və bu istiqamətdə işlər həyata keçirib. Düşünürəm ki, bu  kifayət qədər əhəmiyyət daşıyan tədbirin təşkilini həyata keçirmək mümkün olacaq. Zamanımız var, hazırlıq işləri həyata keçiriləcək. Ona görə də mövcud potensialdan, yeni imkanlardan istifadə edilərək, Azərbaycan bu beynəlxalq tədbiri də çox uğurla təşkil edəcək",- deputat vurğulayıb.
 
İqtisadçı Toğrul Vəliyev bildirir ki, COP29 konfransının Azərbaycanda keçirilməsi mövcud infrastukturun ciddi sınaqdan keçirilməsi gözlənilir.
 
""BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası”nın - COP29-un gələn il Bakıda keçiriləcəyi təsdiqləndi. Yəqin ki, Azərbaycanın müstəqillik dövründə ev sahibliyi edəcəyi ən böyük tədbir olacaq. Bu il Dubayda keçirilən tədbirə dünyanın 100-dən çox ölkəsindən 80 min insan qatılıb. Texniki işçilərlə birgə tədbir iştirakçılarının sayı 100 mini ötüb.  2022-ci ildə Misirdə keçirilən tədbirdə 50 min qonaq iştirak edib. Yəni,  COP29-la bağlı Bakıya on minlərlə insanın gəlişi gözlənilir, eyni zamanda onlarla ölkənin dövlət və hökumət başçıları. Bu baxımdan, Bakıdakı mövcud infrastukturu da ciddi sınaq gözləyir. Ən çox da hotel və hava limanı baxımından",- iqtisadçı bildirib.
 
Toğrul Vəliyev vurğulayır ki, Statistika Komitəsinin bu ilin əvvəlinə olan göstəricisinə görə, Bakıdakı bütün hotellərin birdəfəlik tutumu cəmi 24 minə bərabərdir. Bütün Azərbaycandakı hotellərin birdəfəlik tutumu isə, 56 minə bərabərdir. Yəni, rəsmi rəqəmlərdən görünür ki, COP29 üçün Azərbaycana gəlməsi gözlənilənlərin sayı nəinki Bakının, bütün ölkənin otellərinin birdəfəlik tutumundan çox ola bilər. 

"Hökumət  yəqin ki, "Olimpiya kəndi”ni də istifadə edəcək amma tək o kompleks kifayət edəcəkmi? Hava limanının da bir neçə günə bu qədər adamı qəbul etməsi digər məsələsidir. Xatırlayırsınızsa Bakıda keçirilən Avroliqa finalında 70 minlik stadiondan xarici azarkeşlərə cəmi 15 min bilet ayrılmışdı. UEFA bunu Bakı hava limanının lojistika imkanları ilə əlaqələndirmişdi. Yəni, görünən odur ki, Bakı bu tədbirə özündən öncəki şəhərlərdəki qədər qonağı qəbul edərək ev sahibliyi etmək istəyirsə şəhərin lojistika imkanları ciddi artırılmalıdır",- o əlavə edib.
 
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu.
 
2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub.
 
Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.
 
Bundan əvvəl Ermənistan Azərbaycanın namizədliyini dəstəkləmək üçün COP29-a ev sahibliyi etmək üçün namizədliyini geri götürüb.

 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol