• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi artıb

Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi artıb
18.12.2023 13:51
Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi 2023-cü ilin ilk 10 ayında 6,7 milyard dollar təşkil edib ki, bu da 2022-ci ilin 12-ayının göstəricisindən 15% çoxdur. Bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib. 
 
"Ticarət dövriyyəsinin artım dinamikasına baxdıqda görürük ki, bütün bu göstərilən səylər öz nəticəsini verməkdədir. 2022-ci ildə ticarət dövriyyəmizin 5,8 milyard dolları keçməsi, 2023-cü ilin ilk 10 ayında isə bu göstəricinin 6,7 milyard dolları keçməsi bunu bir daha təsdiq edən statistik faktdır", - Məmmədov bazar ertəsi "Türk İş Adamları Birlikləri ilə Əməkdaşlıq" mövzusunda ictimai dinləmədə çıxışı zamanı bildirib. 
 
Onun sözlərinə görə,  Azərbaycanın Türkiyəyə yönəltdiyi investisiya da xarici dövlətlərə yatırılan investisiyalarla müqa­yisədə birinci yerdədir. Belə ki, 2023

2023-cü ildə Türkiyənin Azərbaycana yatırdığı birbaşa investisiyaların həcmi 15,2 milyard dollar olub.   Bunun da 11,7 milyard dolları neft-qaz sektorunun, 3,5 milyard dolları isə qeyri-neft sektorunun payına düşüb. 
 
Bu günə olan məlumatlara görə,  Azərbaycanda qeydiyyatda olan kommersiya qurumlarının sayı 5670-dən çox olub.  Onların da 4000-dən çoxunun vəziyyəti aktiv fəaliyyət göstərib. 
 
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Türkiyə şirkətlərinin rolu da danılmazdır. Müzakirə mövzumuzu əhatə edən sahə üzrə KOBİA-nın fəaliyyətinə gəlincə, biz hər zaman əməkdaşlıq formatının genişləndirilməsinə önəm veririk. Azərbaycan və Türkiyənin KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında təcrübə mübadiləsi, yerli şirkətlərin məhsul və xidmətlərinin tanıdılması ilə satış imkanlarının genişləndirilməsi, mövcud investisiya imkanlarının təqdim edilməsi məqsədilə KOBİA və Türk iş adamları birlikləri və sahibkarları arasında çoxsaylı forum, tədbir və görüşlər keçirilib, habelə qarşılıqlı əməkdaşlıq müqavilələri imzalanıb", - Məmmədov bildirib.  
 
Təxminən 4 mindən çox Türkiyə şirkətinin Azərbaycanda fəaliyyəti aktivdir. Həmçinin Qarabağın quruculuq işlərində də tender vasitəsilə Türkiyə şirkətlərinin keyfiyyət əmsalı nəzərə alınaraq fəaliyyəti təmin edilir.
 
N.Təbrizli

 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol