• $
  • €
  • ₽
  • ₺
  • £

“Qərbi Azəri” platformasından hasil edilən neftin həcmi açıqlanıb

“Qərbi Azəri” platformasından hasil edilən neftin həcmi açıqlanıb
22.12.2023 13:54
"Azəri-Çıraq-Günəşli” (AÇG) neft yatağının "Qərbi Azəri” platformasından bir milyard barel neft hasil edilib. Bu barədə AÇG neft yatağının operatoru "BP-Azerbaijan”-nin layihəüzrə tərəfdaşları – SOCAR, MOL, INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU, ONGC Videsh Limited (OVL) – adından etdiyi bəyanatda bildirilir

Bildirilib ki, "Qərbi Azəri” Xəzər dənizində AÇG yatağının yeddi hasilat platformasından biridir. 1997-ci ilin noyabrında AÇG-dən ilk neft əldə olunandan bəri ümumilikdə çıxarılmış 4,3 milyard barel neft hasilatına bu platformanın əhəmiyyətli töhfəsi var.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədovun sözlərinə görə, bu, ikinci AÇG platformasıdır ki, ümumi neft hasilatında 1 milyard barel xəttini adlayıb ikinci milyard barelin yoluna çıxır.
 
"Bu əlamətdar mərhələyə çatan ilk platforma isə "Mərkəzi Azəri” olub. Mərkəzi Azəri bu xəttə digər platformalardan daha tez - 2021-ci ilin iyulunda çatıb. Ümid edirik ki, AÇG-də bu möhtəşəm uğur silsiləsi davam edəcək. Bu sevindirici nailiyyətə töhfə vermiş bütün işçi heyətlərini təbrik edirəm və onlara təhlükəsiz və səmərəli fəaliyyətlərinə və mükəmməl iş icrasına görə öz təşəkkürümü bildirirəm. Xüsusilə də, ilk gündən indiyədək "Qərbi Azəri"də çalışan və platformanın bütün uğurlarında imzası olan işçilərimizi təbrik edir və onlara "çox sağ olun” deyirəm”,- o bildirib.

 "Qərbi Azəri” platformasından ilk neft 2005-ci ilin dekabr ayında əldə olunub. Hazırda platformada təxminən 200 nəfər çalışır və onların əksəriyyəti, o cümlədən platformanın hər iki rəisi Azərbaycan vətəndaşıdır. 2005-ci ildən bəri platformadan 40 quyu və çox sayda yan lülə qazılıb. Hazırda istismarda olan 35 quyudan 26-sı hasilat quyusu, 9-u isə suvurma quyusudur. 2005-ci ildə istismara verilmiş ilk quyulardan biri C-06 quyusudur. Bu quyu ilk dövrlərdə gündəlik 35 000 barel neft verib və hazırda da platformanın ən məhsuldar quyularından biridir. İndiyədək bu quyudan ümumilikdə 80 milyon barel neft əldə olunub. Hazırda "Qərbi Azəri” platformasından gündəlik hasilat 85 000 bareldir.
 
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və 1999-cu ildə kəşf olunan "Şahdəniz” yatağı BP şirkəti tərəfindən bu vaxtadək aşkar edilmiş ən böyük qaz yatağıdır. Bu nəhəng yataq təxminən 860 kvadrat kilometr sahəni əhatə edir və təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatına malikdir.

"Şahdəniz” yatağının işlənməsinin ilk mərhələsi 2006-cı ildə başlayıb. Birinci mərhələ çərçivəsində ildə hasil olunan 10 milyard kubmetrdən artıq qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır. "Şahdəniz”in ikinci mərhələsi 2018-ci ildən hasilata başlayıb və sabit ən yüksək hasilat zamanı ildə 16 milyard kubmetr qaz əlavə etməklə yatağın ümumi qaz hasilatını ildə 26 milyard kubmetrə çatdıracaq.


2022-ci ildə AÇG-də orta gündəlik neft hasilatı 415,4 min barel (2021-ci ildə 458 min barel) təşkil edib. Eyni zamanda, qeyd olunan dövrdə "Çıraq” platformasından orta hesabla 25,2 min barel (2021-ci ildə 27 min barel), "Mərkəzi Azəri”dən 104,1 min barel (109 min barel), "Qərbi Azəri" - 106,4 min barel (116 min barel), "Şərqi Azəri" - 64 min barel (76 min barel), "Dərinsulu Günəşli" - 76,3 min barel/gün. d (86 min b/gün), "Qərbi Çıraq" - 39,4 min b/gün (44 min b/gün)  neft hasil edilib. 

 
Aytac Zeynalova



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol