• $
  • €
  • ₽
  • ₺
  • £

Equinor Azərbaycanda qalan aktivlərini SOCAR-a satıb

Equinor Azərbaycanda qalan aktivlərini SOCAR-a satıb
22.12.2023 15:33
SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun, Qarabağ yatağının və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin işlənməsi layihələrində Norveç şirkətinin iştirak payını əldə edib. .

"Cümə günü SOCAR-ın prezidenti Rövşən Nəcəf "Equinor” neft şirkətinin beynəlxalq kəşfiyyat və hasilatı üzrə icraçı vitse-prezidenti Filip Matye ilə görüş keçirib.Görüş zamanı "Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihələrində SOCAR-ın "Equinor” şirkətinin səhmlərinin alınmasına dair sənədlər imzalanıb. Şirkət AÇG yataqlar bloku, Qarabağ yatağı, eləcə də BTC layihələrində olan payını sayıb”, - SOCAR-ın mətbuat xidmətindən bildirilib.

Əməliyyatdan əvvəl Equinor-un AÇG layihəsində payı 7,27%, BTC layihəsində 8,71%, Qarabağ layihəsində 50% olub.

Sənədlər imzalanana qədər SOCAR-ın bu layihələrdə payı belə olub: AÇG layihəsində - 25%, BTC layihəsində - 25%, Qarabağ layihəsində - 50%.

"Səhmlərin alınması bütün tənzimləyici tələblərə və müqavilə öhdəliklərinə əməl olunmaqla tamamlanacaq”, - məlumatda deyilir.

Görüş zamanı tərəflər həmçinin SOCAR ilə karbonsizləşdirmə və yaşıl enerji sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol