• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda adambaşına valyuta dəyişməyə limit qoyulub - Məbləğ

Azərbaycanda adambaşına valyuta dəyişməyə limit qoyulub - Məbləğ
25.12.2023 13:55
Azərbaycanda fiziki şəxslər üçün gündəlik valyuta dəyişmə məbləği üçün limit və şərtlər müəyyən edilib.

Bu Azərbaycan mərkəzi Bankının idarə heyətinin təsdiqlədiyi «Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası»ndə nəzərdə tutulur.

Qaydalara əsasən bir müştəriyə 500 dollardan artıq məbləğdə valyuta satılması, eləcə də bir müştəridən 10 000 dollardan artıq vəsaitin alınması zamanı müştərinin şəxsiyyətini təsdiqləyən sənəd tələb olunacaq.

Eyni zamanda qaydaya görə, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddi 20 000 manat və ona ekvivalent məbləğdən (ABŞ dolları ilə indiki məzənnə ilə təqribən 12000 dollar – FED.az) artıq olmamalıdır.

Qaydaya əsasən valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramlarına dair qanunla müəyyən edilmiş minimum tələblərdən əlavə olaraq, müvafiq daxili qayda və prosedurlarında təqvim ili ərzində 20 000 (iyirmi min) manat və ona ekvivalent məbləğdən artıq məbləğdə əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsinə dair tələblərə və bu tələblərə riayət edilməsinə dair daxili nəzarət mexanizmlərinə malik olmalıdır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol