• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il vergiödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətin sayı açıqlanıb

Ötən il vergiödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətin sayı açıqlanıb
16.01.2024 12:28
2023-cü ildə vergiödəyicilərinə xidmət mərkəzlərində 648 min 352 şəxs qəbul edilib. Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. 
 
Məlumata görə, vergiödəyicilərinə xidmət mərkəzlərində 1 milyon 120 min 925 sayda xidmət göstərilib, bunlardan 287 mini şifahi, 239 mindən çoxu  elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub.

Ümumi elektron xidmətlərin 88,1 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- Vergiödəyicisinin fəaliyyətinin dayandırılması;

- Qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;

- Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- Asan İmza sertifikatlarının verilməsi;

- Vergiödəyicilərinə arayışların verilməsi;

- Fiziki şəxsin uçotdan çıxarılması;

- Vergiödəyicisinin fəaliyyətinin bərpası;

2023-cü ildə vergiödəyicilərindən daxil olmuş 30 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 10,3 milyona qədər məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 1 milyon 645 minə yaxın SMS göndərilib. Dövr ərzində 3197 vergiödəyicisinin iştirakı ilə 289 görüş keçirilib, 5309 vergiödəyicisinə ünvanlı xidmət göstərilib.

Hesabat dövründə 247 min 743 müraciət üzrə 424 min 740 Asan İmza sertifikatı verilib. 21 mindən çox vergiödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol