• $
  • €
  • ₽
  • ₺
  • £

Cahangir Hacıyevin dostuna növbəti dəfə hökm oxundu - 14 il 6 ay

Cahangir Hacıyevin dostuna növbəti dəfə hökm oxundu - 14 il 6 ay
22.01.2024 18:58
Yanvarın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat və iş adamı olan Dünyamin Xəlilovun məhkəməsi başa çatıb. Əvvəlcə prokuror çıxış edərək Dünyamin Xəlilovun 15 il, onunla bərabər mühakimə olunan Azad Cavadovun 9,6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bir neçə dəqiqə sonra hökm elan olunub. Məhkəmə Dünyamin Xəlilova 14 il 6 ay, Azad Cavadova 12 il 6 ay həbs cəzası kəsib. 

Bir neçə ay davam edən məhkəmədə ittiham olunan keçmiş deputat və iş adamı Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti, hazırda həbsdə olan Cahangir Hacıyevin dostu olublar. Elə Cahangir Hacıyevin köməyi ilə vaxtilə həmin bankdan ayrı-ayrı adamların adına milyonlarla manat məbləğində kreditlər götürüb və qaytarmayıblar. Bu iş üzrə ibtidai istintaq Cahangir Hacıyevi də dindirib. O, bildirib ki, həmin kreditlər ayrı-ayrı müəssisələrin yaradılmasına ayrılıb, ancaq həbs olunduğu üçün işlər yarımçıq qalıb. 

Bu məhkəmədə Dünyamin Xəlilovun vaxtilə rəhbərlik etdiyi müəssisələrdə fəhlə kimi çalışmış və adlarına kreditlər götürülmüş şəxslər də şahid kimi dindirilib. Onların əksəriyyəti Cahangir Hacıyevin və Dünyamin Xəlilovun tapşırığı ilə hansısa sənədlərə imza atdıqlarını, sonradan isə adlarına götürülmüş milyonlarla  manat kreditlərin ödənilmədiyi üçün istintaq orqanına çağırıldıqlarını bildiriblər. 

İstintaqın qənaətinə görə, Dünyamin Xəlilov və Azad Cavadov "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş rəhbər vəzifəli şəxsləri ilə əlbir olaraq sahibi olduqları "General Construction" MMC və "Bakı Fındıq Emalı Müəssisəsi" MMC-nin işçilərinin adına ümumilikdə 6 milyon 642 min manat məbləğində kredit rəsmiləşdirərək mənimsəyiblər.
 
Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib.  Bundan əvvəl də Dünyamin Xəlilova qarşı iki məhkəmə hökmü çıxarılıb. 2017-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək 13 il həbsə məhkum edilib. 2019-cu ilin sentyabrında yenə Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevlə bərabər mühakimə olunub. Cəzaları toplanaraq bu dəfə üzərində 14 il 6 aylıq  hökmü çıxarılıb. 

İstintaqın qənaətinə görə, Dünyamin Xəlilov və Azad Cavadov "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş rəhbər vəzifəli şəxsləri ilə əlbir olaraq sahibi olduqları "General Construction" MMC və "Bakı Fındıq Emalı Müəssisəsi" MMC-nin işçilərinin adına ümumilikdə 6 milyon 642 min manat məbləğində kredit rəsmiləşdirərək mənimsəyiblər. Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib.  Bundan əvvəl də Dünyamin Xəlilova qarşı iki məhkəmə hökmü çıxarılıb. 2017-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək 13 il həbsə məhkum edilib. 2019-cu ilin sentyabrında yenə Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevlə bərabər mühakimə olunub. Cəzaları toplanaraq bu dəfə üzərində 14 il 6 aylıq  hökmü çıxarılıb. 

Bakıda tanınmış "Globus Plaza"nın sahibi olan Dünyamin XƏlilov 2005-ci ildə Azərbaycan Beynəlxalq Bankının səhmdarı olub. 2005-2010-cu illərdə deputat seçilmiş Xəlilov hazırda həbs edilən Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevin qohumu və işçisi olub.  Cahangir Hacıyevə məxsus "Şəki Bazarı” və "Şəki Ət Kombinatı” ASC-ni uzun illər o idarə edib.
 
Günel Əliyeva


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol