• $
  • €
  • ₽
  • ₺
  • £

Hökumətdən sahibkara: Qarabağda iş qurun güzəştlər əldə edin...

Hökumətdən sahibkara: Qarabağda iş qurun güzəştlər əldə edin...
25.01.2024 09:29
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mikro sahibkarlara müraciət edib.
 
Müraciətdə bildirilir ki, işğaldan azad olunmuş ərazilərdə yaşayan sakinlərin, eləcə də burada təmsil olunan dövlət qurumları, podratçı təşkilatlar və onların işçi heyətinin bir sıra xidmətlərlə təmin olunmasına zərurət yaranıb.


"Bununla əlaqədar, bu ərazilərdə ticarət, ictimai iaşə, məişət xidməti və digər istiqamətlərdə bəzi müəssisə və obyektlərin fəaliyyətinin bərpası planlaşdırılır».


Söhbət fast food, dönər və s. obyektləri, çay evi, bərbərxana və gözəllik salonu, dərzi və başmaqçı, çilingər, santexnika və elektrik xidmətləri, məişət və elektrik cihazlarının təmiri məntəqəsi və sair obyektlərdən gedir. Dövlət bu sahədə çalışan iş adamlarını Qarabağa gələrək iş qurmağa və xidmət göstərməyə dəvət edir.


«Bu məqsədlə aşağıda qeyd olunan tələblərə cavab verən mikro sahibkarlıq subyektlərinə (10 nəfərə qədər işçisi və 200 min manatadək illik dövriyyəsi) əməkdaşlıq təklif edilir»-deyə müraciətdə bildirilir.


Müraciətdə iş adamları üçün tələblər də açıqlanıb. Əsas tələb işə tez başlamaq imkanı və vergi borcunun olmamasıdır.   


Müraciətçilərə dair tələblər:


- Fəaliyyətə ən qısa zamanda başlama imkanının olması;


- Müvafiq sahə üzrə təcrübəyə malik olması;


- Dövlət büdcəsi qarşısında gecikdirilmiş vergi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) və digər öhdəliklərinin olmaması;


- ƏƏSMN-nin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təklif etdiyi şəxslərin kvota üzrə işlə təmin olunması.


Müraciətdə deyilir ki, belə sahələrdə fəaliyyət göstərmək istəyən şəxslər sənədlərini 31 yanvar 2024-cü il saat 12:00-a kimi [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


Tələb olunan sənədlər: (1) Şəxsiyyət vəsiqəsinin surəti, (2) VÖEN-in surəti, (3) Dövlət büdcəsi qarşısında vergi, DSMF qarşısında və digər öhdəliklərə dair İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən arayış; (4) Müvafiq sahə üzrə təcrübə haqqında məlumat.


Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün bir sıra vergi güzəştləri və dövlət dəstəyi tədbirləri nəzərdə tutulur.


Vergi güzəştləri bunlardır:


- İşğaldan azad edilmiş ərazinin rezidentləri, yəni burada çalışan şəxslər 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində, yəni 2033-cü ilədək mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.


- işğaldan azad edilmiş ərazilərdə işləyən ƏDV ödəyiciləri siyahısı təsdiq edilmiş texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalına görə 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində, yəni 2023-cü ilədək ƏDV-dən azaddır. Bu azadolma müvafiq qaydada verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir.


- İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə bu fəaliyyəti göstərən vergi ödəyicilərinə istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergi azadolması tətbiq edilir. Bu vergi azadolması istehsal, o cümlədən emal və ya hasil edilərək işğaldan azad edilmiş ərazi daxilində və ya həmin ərazidən kənara təqdim edilən, habelə ölkəmizdən ixrac edilən mallara görə əldə olunan gəlirlərə şamil edilir.


- İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması tətbiq olunur.


- işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə vergi azadolması tətbiq olunur


- Yuxarıda nəzərdə tutulan vergi azadolmaları işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilir.


- Digər güzəşt iştaldan azad olunmuş ərazilərdə yaradılacaq otellərlə bağlıdır. Belə ki, qaydalara görə, Fiziki şəxs olan müştərilərin bu ərazilərdəki otellərə nağdsız qaydada ödədiyi ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin isə 5 %-i geri qaytarılır.


- Nəhayət, işğaldan azad olunan ərazilərdə işləyən sahibkarlara əmək haqqı yardımı - əməkhaqqının birgə maliyyələşdirilməsi ilə bağlı maliyyə yardımı göstəriir. Belə ki, sahibkarlar Dövlət Məşğulluq Agentliyinin göndərişi ilə gələn işçiləri işə qəbul edərsə, həmin şəxslərin əməkhaqqının birgə maliyyələşdirilməsi nəzərdə tutulur. Yəni bu şəxslərə maaşın 50 %-ni sahibkar, 50 %-ni isə Dövlət Məşğulluq Agentliyi ödəyəcək.


İşğaldan azad edilən ərazilərdə işləmək fikri olan sahibkarlara sosial güzəştlər də ediləcək:


- Əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olarsa, mütəxəssislər qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər.


- İşğaldan azad edilmiş ərazilərimizdə 5 təqvim günü müddətində əlavə məzuniyyət


- Sosial sığorta güzəştləri:


Əsas güzəşt işçilərə görə DSMF-yə ödənilən məcburi sosial sığorta haqlarının dövlət tərəfindən ödənilməsidir. Belə ki, işçiyə görə ödənilən məcburi dövlət sosial sığorta haqqının aşağıdakı hissəsi dövlət tərəfindən ödəniləcək:


2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-nə qədər – 100 %-i miqdarında;


2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-nə qədər – 80 %-i miqdarında;


2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-nə qədər – 60 %-i miqdarında;


2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-nə qədər – 40 %-i miqdarında.


Fiziki şəxslərin (muzdlu işçisi olmayan), o cümlədən sabit qəbz və fərqlənmə nişanı alan vergi ödəyicilərinin də 10 il müddətində özlərinə görə ödədikləri məcburi dövlət sosial sığorta haqlarının 100 faizi miqdarında subsidiyalaşdırılması nəzərdə tutulur.


Nəhayət, işğaldan azad edilən ərazilərdə işləyən  sahibkarlara kommunal güzəştlər ediləcək.


Qanunvericiliyə uyğun olaraq, riskli vergi ödəyicisi olmayan, habelə işğaldan azad edilmiş ərazilər üzrə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyəti həyata keçirən hüquqi şəxslərə və fiziki şəxslərə kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ölkədaxili tariflərə uyğun olaraq ödədikləri vəsaitin 20 %-i məbləğində maliyyə yardımı ödənilir.


Bu təkliflə maraqlanan iş adamları əlavə məlumat üçün: 012 311 01 60 (daxili 1206) müraciət edə bilərlər. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol