• $
  • €
  • ₽
  • ₺
  • £

Cabbarov Ələt azad iqtisadi zonası üzrə İşçi qrupuna rəhbər təyin edilib

Cabbarov Ələt azad iqtisadi zonası üzrə İşçi qrupuna rəhbər təyin edilib
27.01.2024 15:43
İqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədi ilə yaradılmış İşçi qrupuna rəhbər təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev "Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamına dəyişiklik edilməsini təsdiqləyib.
İndiyə qədər İşçi qrupuna keçmiş Milli Məclis sədrinin müavini Valeh Ələsgərov (Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri) rəhbərlik edirdi.

İşçi qrupun tərkibindən "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru, "Azərsu” ASC-nin sədri və iqtisadiyyat nazirinin müavini çıxarılıb, əvəzində Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, "Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti, Salyan Rayon İcra Hakimiyyətinin başçısı, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri daxil edilib.

İşçi qrupunun digər üzvləri isə maliyyə nazirinin müavini, ekologiya və təbii sərvətlər nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri, "Azərenerji” ASC-nin prezidenti, "Azərişıq” ASC-nin sədri, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorudur.
Bununla da Ələt azad iqtisadi zonasının İşçi qrupunun üzvlərinin sayı 14-dən 18-ə çatdırılıb

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol