• $
  • €
  • ₽
  • ₺
  • £

Yerli və beynəlxalq bazarlarda nə qədər qızıl,gümüş satılıb? - Açıqlama

Yerli və beynəlxalq bazarlarda nə qədər qızıl,gümüş satılıb? - Açıqlama
30.01.2024 14:44
2023-cü il yerli və beynəlxalq bazarlarda  68.1 min unsiya qızıl və 119.8 min unsiya gümüş satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur. Bunu AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.  
 
O bildirib ki, satış həcmindən qızıl üzrə 62.1 min unsiya, gümüş üzrə isə 90.8 min unsiyası beynəlxalq bazarlarda realizə edilib.  
 
"Daxili bazarın tələbatına uyğun olaraq xammal və hazır məhsul formasında 6 min unsiya qızıl, 29.1 min unsiya gümüşün satışı həyata keçirilib. Beynəlxalq və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 232.8 milyon manat məbləğində gəlir əldə edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% artım deməkdir", - sədr yanvarın 30-da mətubuat üçün keçirdiyi brifinqdə bildirib. 
 
Sədr vurğulayıb ki, əldə olunan gəlirlərin 210,1 milyon manatı ixracın, 22,7 milyon manatı isə daxili satışın payına düşüb. 
 
İbrahimov hesabat ilində ixrac gəlirlərinin 2022-ci illə müqayisədə 11%, yerli bazarda satış gəlirlərinin isə 81% artığını açıqlayıb. 
 
2023-cü il ümumi satışdan əldə olunan gəlirlərin 97.9%-i qızıl satışının payına düşüb. 

"AzerGold” QSC Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Şirkətin nizamnamə kapitalı 233,3 milyon manat təşkil edir, bütün səhmləri dövlətə məxsusdur. Şirkətin aktivləri 802 milyon manat qiymətləndirilir.


Hazırda "AzerGold” Çovdar qızıl yatağının işlənməsinin oksid (qrunt) fazası çərçivəsində Ağyoxuş yatağından onun işlənməsinin birinci mərhələsi çərçivəsində (2020-ci ilin noyabrdan) qızılın çıxarılması və ixracı ilə məşğuldur.

Gülnar Nazimqızı 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol