• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Füzulidə!

Azercell Füzulidə!
19.02.2024 15:15
Lider mobil operator Qarabağda xidmət mərkəzləri şəbəkəsini genişləndirir

"Azercell Telekom” MMC azad edilmiş ərazilərin yenidən qurulması və bərpası istiqamətində aparılan işlərə öz töhfəsini verməyə davam edir. Şirkət Füzulidə telekommunikasiya xidmətləri göstərən ilk və yeganə rəsmi mağazanı təqdim edir. 

Füzuli şəhərinin mərkəzində, Heydər Əliyev prospektində yerləşən Azercell-in satış və xidmət məntəqəsində nömrə ilə bir çox əməliyyatları rahatlıqla həyata keçirmək mümkündür.  Ən müasir avadanlıqla təmin edilmiş mağazada həmçinin, gündəlik istifadə üçün nəzərdə tutulmuş bir sıra cihazları, eləcə də smartfonları kredit və ya nağd şəkildə əldə etmək də olar. 

Xatırladaq ki, Qarabağda ilk mobil şəbəkə infrastrukturunu qurmaqla yanaşı, burada  müştəri xidmətləri mərkəzini və rəsmi diler mağazasını açan ilk mobil operator məhz Azercell olub. Şirkət Şuşa şəhərində Eksklüziv ofisini, Zəngilanın Ağalı kəndində və Laçında isə diler mağazalarını istifadəyə verib. Eyni zamanda, Azercell bu günə kimi azad edilmiş ərazilərdə 150-yə yaxın 4G baza stansiyasını və bir neçə günəş enerjisi ilə çalışan "yaşıl” stansiyaları işə salıb. 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol