• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-da məktəblilər üçün “Smart Money Talks” sessiyası təşkil edildi

Kapital Bank-da məktəblilər üçün “Smart Money Talks” sessiyası təşkil edildi
19.03.2026 17:04

Ölkənin birinci bankı Kapital Bank Qlobal Pul Həftəsi (Global Money Week) çərçivəsində məktəblilərin maliyyə savadlılığının artırılmasına yönəlmiş “Smart Money Talks” adlı maarifləndirici sessiya təşkil edib.

Dünyanın bir çox ölkəsində hər il keçirilən Qlobal Pul Həftəsi uşaqlar və gənclər arasında maliyyə savadlılığının artırılmasını hədəfləyən beynəlxalq təşəbbüsdür. Bu təşəbbüs gənclərin erkən yaşlardan pulun idarə olunması, maliyyə qərarlarının verilməsi və şəxsi maliyyə təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlar əldə etməsini təşviq edir.

Kapital Bank da bu təşəbbüsə qoşularaq təşkil etdiyi “Smart Money Talks” sessiyası ilə məktəblilərin maliyyə mövzularında ilkin biliklərinin formalaşmasına töhfə verib. Sessiya zamanı iştirakçılar pul və maliyyə anlayışları ilə tanış olub, şəxsi büdcənin idarə olunmasının əsas prinsiplərini öyrəniblər. Onlara qənaət, maliyyə planlaşdırması və düzgün maliyyə qərarlarının əhəmiyyəti barədə məlumat verilib. Eyni zamanda, gündəlik həyatda rast gəlinən maliyyə riskləri və fırıldaqçılıq halları barədə maarifləndirici məlumatlar təqdim olunub.

Elm və Təhsil Nazirliyinin dəstəyi və tərəfdaşlığı ilə baş tutan tədbirdə Bakı şəhərində yerləşən 34, 35, 36, 164 nömrəli tam orta ümumtəhsil məktəblərinin və 246 nömrəli məktəb-liseyin 5-8-ci sinif şagirdləri iştirak ediblər. Ümumilikdə 50 şagirdin qoşulduğu sessiya interaktiv formatda təşkil olunub. Kapital Bank gənc nəslin maliyyə savadlılığının artırılması istiqamətində təşəbbüslərini davam etdirməyi planlaşdırır.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc. 

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol