• $
  • €
  • ₽
  • ₺
  • £

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
13.04.2026 14:48

 

Birbank Invest istifadəçilərinə yeni investisiya fürsəti yaradır. Belə ki, bu gündən etibarən Birbank Invest istifadəçiləri birbaşa PAŞA Bankın səhmdarı olmaq imkanını əldə edirlər. Bu yenilik istifadəçilərə mobil tətbiq vasitəsilə birbaşa İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulmaq və yerli kapital bazarında yaranan bu şansı dərəyərləndirmək imkanı verir.

PAŞA Bank tərəfindən həyata keçirilən IPO çərçivəsində abunə yazılışı 12 may 2026-cı il tarixinədək həm fiziki, həm də hüquqi şəxslər üçün açıq olacaq. 

Bu çərçivədə PAŞA Bank kapitalının 5%-ni təşkil edən 932 926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin ticari qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəlir hesablanacaq. Səhm alışı üzrə bütün komissiyalar PAŞA Bank tərəfindən qarşılanır və müştərilər üçün əlavə komissiya tətbiq olunmur. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçiriləcək. 

Yerləşdirmə emissiya prospektində göstərilən ardıcıllığa uyğun olaraq icra edilir. Ətraflı məlumat əldə etmək üçün: www.b-b.az/ipo-deeplink

Qeyd edək ki, bu IPO Azərbaycan tarixində özəl təşkilat tərəfindən həyata keçirilən ilk bank IPO-su olmaqla yanaşı, ölkənin kapital bazarlarının inkişafında mühüm mərhələ hesab olunur.

Birbank Invest tətbiqini yükləmək üçün: //www.b-b.az/vHdRj4  

2025-ci ilin iyun ayında müştərilərə təqdim olunan Birbank Invest – Birbank brendinin və bazarda bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqidir. Platforma istifadəçilərə yerli və beynəlxalq maliyyə bazarlarına rahat və təhlükəsiz çıxış imkanı yaradır.

Daha ətraflı məlumat üçün birbankinvest.az, saytına daxil ola, onlayn çat və yaxud sosial media kanalları vasitəsilə sorğu ünvanlaya və ya 196 Əlaqə Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Xidmət “PAŞA Kapital İnvestisiya Şirkəti” ilə birgə təqdim olunur. 

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol