• $
  • €
  • ₽
  • ₺
  • £

ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi!

ABB 230 000 000 dollarlıq yeni sindikativ
kredit cəlb etdi!
29.04.2026 12:19

ABB xarici maliyyə bazarlarında iştirakını genişləndirən daha bir uğurlu anlaşmaya imza atıb. 

Bank Birləşmiş Ərəb Əmirliklərinin aparıcı banklarından olan Mashreqbank-ın təşkilatçılığı əsasında Avropadan 5, BƏƏ-dən 7 olmaqla, ümumilikdə 12 nüfuzlu bankın iştirakı ilə 230 000 000 ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Əqdin agenti rolunda BƏƏ-nin digər nüfuzlu bankı Abu Dhabi Commercial Bank çıxış edib. 

Bu, ABB-nin uzun illər sonra ötən ilin aprelində beynəlxalq maliyyə bazarlarına yenidən qayıdışının ardınca cəlb edilmiş növbəti iri məbləğli sindikativ kreditdir.

Xatırladaq ki, ötən il də ABB 200 000 000 ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb etmişdi.

Bu dəfə əqdin məbləğinin 15% artması və yeni şərtlərin ABB üçün daha əlverişli olması beynəlxalq maliyyə bazarlarında həm Azərbaycanın, həm ABB-nin dayanıqlı inkişafı və güclü maliyyə mövqeyinə yüksək etimadın daha da möhkəmləndiyini göstərir. 

Cəlb olunmuş vəsait ABB-nin 2026-2028-ci illər üzrə yeni inkişaf strategiyasına uyğun olaraq real sektorun, xüsusilə ixracyönümlü iri layihələrin maliyyələşdirilməsinə yönələcək. 

ABB-nin xarici maliyyə bazarlarında iştirakı Bankın beynəlxalq imicini daha da yüksəldir, biznesi maliyyələşdirmə potensialını gücləndirir, likvidlik mövqeyinə, gəlirliliyinə müsbət təsir göstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətli vəsaitlərin cəlbinə, Bankın investor sayının və regional əhatəliliyinin genişlənməsinə imkan yaradır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol