• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell bütün qadınları “Minlərlə ilmə, bir güc” təşəbbüsünə qoşulmağa dəvət edir

Azercell bütün qadınları “Minlərlə ilmə, bir güc” təşəbbüsünə qoşulmağa dəvət edir
01.05.2026 15:11

 

Şirkətin “Azərxalça” ASC ilə birgə layihəsi Xalça Festivalında nümayiş etdiriləcək

“Azercell Telekom” MMC qadınların cəmiyyətdə rolunun gücləndirilməsinə yönəlmiş fəaliyyətlərini davam etdirərək “Minlərlə ilmə, bir güc” layihəsini təqdim edir. “Azərxalça” ASCilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu təşəbbüs qadın həmrəyliyinin təşviqi ilə yanaşı, Azərbaycanın zəngin xalçaçılıq irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verir.

Layihə  əsnasında hazırlanan xalça 2–3 may tarixlərində İçərişəhərdə keçiriləcək Beynəlxalq Xalça Festivalında ictimaiyyətə təqdim olunacaq. Qadınların sosial və mədəni inkişafda rolunu əks etdirən bu konseptual sənət nümunəsi səbri, gücü və həmrəyliyi ehtiva edəcək. 

Xalçanın yaradılması prosesi festival günlərində interaktiv formatda həyata keçiriləcək. Belə ki, qadın iştirakçılar xalçaya ilmə vurmaqla bütöv əsərin formalaşmasında birbaşa iştirak edəcəklər.

“Azercell Telekom” MMC bütün qadınları 2-3 may tarixlərində İçərişəhər ərazisində yerləşən Qoşa Qala meydanında keçiriləcək bu təşəbbüsə qoşulmağa dəvət edir. Qadın həmrəyliyini və birgə gücünü ön plana çıxaran xalçanın kəsim mərasiminin isə 3 may tarixində baş tutması planlaşdırılır.

Siz də öz ilmənizlə bu hekayənin bir parçasına çevrilin!

 

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol