• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Beynəlxalq Xalça Festivalında “Minlərlə ilmə, bir güc” xalçasını təqdim etdi

Azercell Beynəlxalq Xalça Festivalında “Minlərlə ilmə, bir güc” xalçasını təqdim etdi
05.05.2026 16:13

Şirkət “Azərxalça” ASC ilə tərəfdaşlıq əsasında qadınların sosial həyatda rolunun gücləndirilməsinə yönəlmiş növbəti təşəbbüsünü reallaşdırdı.

“Azercell Telekom” MMC “Azərxalça” ASC ilə əməkdaşlıqda qadın həmrəyliyini və gücünü əks etdirən “Minlərlə ilmə, bir güc” sosial təşəbbüsünü uğurla həyata keçirdi. Təşəbbüs eyni zamanda Azərbaycanın zəngin xalçaçılıq ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsinə töhfə vermək məqsədini daşıyırdı.

Layihə çərçivəsində qadınlar arasında həmrəyliyi, onların cəmiyyətin sosial və mədəni inkişafındakı rolunu simvolizə edən xüsusi xalça hazırlandı.

Təşəbbüs 2–3 may tarixlərində keçirilən Beynəlxalq Xalça Festivalı zamanı geniş ictimaiyyətə təqdim edildi. Festival günlərində qadın ziyarətçilər və ictimai xadimlər təşəbbüsə böyük maraq göstərərək xalçanın yaradılma prosesində birbaşa iştirak etdilər. Belə ki,  festivalın qadın iştirakçıları xalçaya ilmə vuraraq bu unikal sənət nümunəsinin formalaşmasına öz töhfələrini verdilər.

“Azercell Telekom” MMC layihəyə qoşularaq xalçanın hazırlanmasında iştirak edən bütün qadınlara öz təşəkkürünü bildirir!
 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol