• $
  • €
  • ₽
  • ₺
  • £

AMB 2026-cı il üzrə inflyasiya proqnozunu 5,9%-ə qaldırıb

AMB 2026-cı il üzrə inflyasiya proqnozunu 5,9%-ə qaldırıb
06.05.2026 11:51

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonuna illik inflyasiya proqnozunu 5,9%-ə yüksəldib.

Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, bu göstərici fevral proqnozu ilə müqayisədə 0,4 faiz bəndi yuxarı revizə olunub. 2027-ci il üzrə illik inflyasiya proqnozu isə 4,5% müəyyən edilib ki, bu da əvvəlki proqnozdan 0,5 faiz bəndi çoxdur.

Kazımov bildirib ki, 2026-cı ilin mart ayında Azərbaycanda illik inflyasiya 5,6% təşkil edib. Ərzaq inflyasiyası 6,5%, qeyri-ərzaq inflyasiyası 3,7%, xidmətlər üzrə inflyasiya isə 5,7% olub. Martda illik baza inflyasiyası 5,5% səviyyəsində formalaşıb.

AMB sədrinin sözlərinə görə, inflyasiya proqnozunun artırılması əsasən təklif amilləri ilə bağlıdır. Bunlara Yaxın Şərqdə hərbi gərginliyin yaratdığı logistik təsirlər, ticarət tərəfdaşlarında qiymət artımları, Türkiyədə inflyasiya və kənd təsərrüfatı istehsalçı qiymətlərinin yüksəlməsi daxildir.

Kazımov qeyd edib ki, Mərkəzi Bank orta müddətdə inflyasiyanın hədəf diapazonunda qalacağını gözləyir.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol