• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan nefti daşıyan tanker yaxın günlərdə Yaponiyaya çatacaq

Azərbaycan nefti daşıyan tanker yaxın günlərdə Yaponiyaya çatacaq
12.05.2026 09:02

Azərbaycan xam nefti daşıyan tankerin çərşənbə axşamı günü Yaponiyaya çatacağı gözlənilir. Bu, cari ilin əvvəlində İranla bağlı münaqişə başlayandan bəri Yaponiyaya Mərkəzi Asiyadan ilk neft tədarükü olacaq.

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, yük ENEOS şirkəti üçün nəzərdə tutulub və Yokohamadakı Negishi neft emalı zavoduna çatdırılacaq. Partiyada təxminən 45,000 kilolitr xam neft var.

Yaponiya Hörmüz boğazında tanker hərəkətində yaranan pozuntulardan sonra xam neft idxalını şaxələndirməyə başlayıb. Yaxın Şərq ölkələri əvvəllər ölkənin neft idxalının təxminən 95%-ni təmin edirdi.

Yapon rəsmilərinin sözlərinə görə, Azərbaycan nefti fevralda İranla bağlı münaqişə başlayandan bəri ölkəyə çatdırılan ilk belə yükdür. Tokio həmçinin ABŞ-dan neft idxalını artırıb və sanksiyalardan azad edilən Rusiyanın Saxalin-2 layihəsindən məhdud alışları bərpa edib.

Nazirliyin məlumatına görə, mayın 8-nə Yaponiyanın strateji neft ehtiyatları ölkənin 205 günlük daxili istehlakına bərabər olub.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol