• $
  • €
  • ₽
  • ₺
  • £

Türkmənistan ikinci yük gəmisini ilin sonunadək istifadəyə verəcək

Türkmənistan ikinci yük gəmisini ilin sonunadək istifadəyə verəcək
12.05.2026 14:07

Türkmənistan yaxın aylarda Balkan gəmiqayırma zavodunda istehsal olunan ikinci quru yük gəmisini — “Mənzil”i istifadəyə verməyi planlaşdırır. Bakı Limanının rəhbəri Eldar Salahov bildirib ki, “Mənzil” və artıq istifadəyə verilmiş “Qədəmli” gəmilərinin birgə istismarı Türkmənbaşı və Bakı limanları arasında konteyner daşımalarının artmasına imkan yaradacaq.

Salahovun sözlərinə görə, “Qədəmli” Türkmənistanın Balkan gəmiqayırma zavodunda istehsal olunan ilk gəmidir və 6100 ton yükqaldırma, 240 TEU konteyner daşıma imkanına malikdir.

O bildirib ki, yeni gəmilərin istifadəyə verilməsi Türkmənbaşı və Bakı limanları arasında yük dövriyyəsinin, xüsusilə konteyner daşımalarının artmasına töhfə verəcək.

Salahov qeyd edib ki, Bakı Limanının hazırkı konteyner ötürmə gücü 150 min TEU təşkil edir. Liman avadanlıqlarının yenilənməsi, çeşidləmə stansiyasının imkanlarının artırılması və dibdərinləşdirmə işləri hesabına bu göstəricinin ilin sonu və ya gələn ilin əvvəlinədək 260 min TEU-ya çatdırılması hədəflənir.

Onun sözlərinə görə, yeni gəmilərin istismara verilməsi daşımaların 25-30% və daha çox artmasına imkan yarada bilər.

Salahov bildirib ki, dibdərinləşdirmə işləri üzrə tender proseduru artıq başlanıb və yay aylarının sonuna praktiki işlərə start veriləcəyi gözlənilir.

O əlavə edib ki, Bakı Limanında konteyner əməliyyatları üçün nəzərdə tutulan yeddinci körpü artıq istifadəyə verilib. Həmçinin İtaliya istehsalı olan 125 tonluq mobil liman kranı limanın yükaşırma imkanlarını artıracaq.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol