• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail şirkətləri Azərbaycanın aqrar sektoruna dəstək verəcək

İsrail şirkətləri Azərbaycanın aqrar sektoruna dəstək verəcək
13.05.2026 15:43

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi İsrailin aqrotexnologiya sahəsində fəaliyyət göstərən “Agrigo AI Ltd.” və “Supplant Ltd.” şirkətləri ilə əməkdaşlığa dair memorandum imzalayıb.

Sənəd aqrar texnologiyalar, süni intellekt əsaslı həllər, ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı üzrə elmi-tədqiqat əməkdaşlığını əhatə edir. Memorandum çərçivəsində birgə elmi layihələr, rəqəmsal texnologiyaların tətbiqi, mütəxəssis mübadiləsi və təlim proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan və İsrail son illərdə kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir. Tərəflər suvarma texnologiyaları, toxumçuluq, heyvandarlıq və aqrar innovasiyalar sahəsində birgə layihələri müzakirə edir.

Kənd təsərrüfatı Azərbaycanın qeyri-neft iqtisadiyyatının əsas sahələrindən biri hesab olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə kənd təsərrüfatı torpaqları ümumi ərazinin təxminən 55%-ni təşkil edir.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol