• $
  • €
  • ₽
  • ₺
  • £

“Bir Kredit BOKT” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb

“Bir Kredit BOKT” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb
21.05.2026 18:01

“Bir Kredit BOKT” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, maliyyə qurumunun kredit portfeli 2025-ci ildə kreditləşmə fəaliyyəti nəticəsində 11 milyon 747 min 725 AZN təşkil edib. 

2025-ci ildə “Bir Kredit BOKT” MMC-nin gəlirlərinin əsas hissəsini – 98%-ni (269 min 528 AZN) faiz gəlirləri təşkil edib. Digər gəlirlər isə ümumi gəlirlərin 2%-i həcmində olub (4 min 477 AZN).  Hesabat dövrü üzrə xalis zərər 206 min 908 AZN təşkil edib. Buna səbəb kreditləşmə fəaliyyətinə 2025-ci ilin avqust ayından etibarən başlanılması, eləcə də cəlb edilmiş vəsaitlər üzrə faiz xərclərinin, ehtiyatların və əməliyyat xərclərinin ilin əvvəlindən formalaşdırılması olub. 

2025-ci ilin sonunda “Bir Kredit BOKT” MMC-nin cəmi aktivləri 108 milyon 728 min 812 AZN təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin sonunda bu göstərici 83 milyon 480 min 131 AZN təşkil edirdi. Beləliklə, BOKT-nin aktivləri illik müqayisədə 25 milyon manatdan çox artıb. Artımın əsas səbəbləri investisiya portfelinin 15 milyon manat genişlənməsi, həmçinin BOKT tərəfindən 6 ay ərzində verilən kreditlərin həcmidir ki, bu rəqəm yuvarlaq olaraq 12 milyon manatdır. Aktivlərdən çıxılan  ehtiyatlar, keçmiş illərin zərəri 2 milyon manat təşkil edir. Hesabat dövründə BOKT-nin nizamnamə kapitalı da artırılaraq 99 milyon 835 min 580 manata çatdırılıb. 

Cari dövr ərzində BOKT rebrendinq edərək “BirKart BOKT” MMC adından, “Bir Kredit BOKT” MMC adına keçib. Rebrendinqin əsas məqsədi qurumun gələcək inkişaf strategiyasına uyğun olaraq daha innovativ və texnoloji yönümlü xidmət modelinin formalaşdırılması, eləcə də müştərilərə tam onlayn xidmətlərin təqdim edilməsidir. Bu istiqamətdə təqdim olunan əsas xidmətlərdən biri də Birmarket mobil tətbiqi vasitəsilə müştərilərin ehtiyaclarına uyğun onlayn kreditləşmə xidmətidir.

Hesabatla ətraflı tanış olmaq üçün: www.b-b.az/aC3aDn  

Qeyd edək ki, kreditlərin verilməsi məqsədilə 2018-ci ildə yaradılmış “BirKart BOKT” MMC-nin 31 dekabr 2025-ci il tarixinə nizamnamə kapitalının 100%-i “Kapital Bank” ASC-yə məxsusdur. Hazırda fəaliyyətini “Bir kredit BOKT” MMC adı altında davam etdirən qurum Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşir.

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol