• $
  • €
  • ₽
  • ₺
  • £

BP AÇG-də ilk kommersiya sərbəst qaz hasilatına başlayıb

BP AÇG-də ilk kommersiya sərbəst qaz hasilatına başlayıb
01.06.2026 13:16

 

BP şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda ilk kommersiya sərbəst təbii qaz hasilatı əməliyyatlarına başladığını bildirib.

BP, AÇG layihəsinin operatoru olaraq tərəfdaşları SOCAR, MOL, INPEX, ExxonMobil, TPAO və ONGC Videsh adından bildirib ki, hasilat Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG yatağında başlanıb.

Şirkətin məlumatına görə, mövcud Qərbi Çıraq platformasından qazılmış ilk sərbəst təbii qaz quyusu AÇG-nin iri həcmli qaz ehtiyatlarının işlənməsi istiqamətində ilk mühüm addımdır.

BP bildirib ki, AÇG-nin sərbəst qaz ehtiyatları təxminən 4 trilyon kubfut çıxarıla bilən ehtiyatlar həcmində qiymətləndirilir və bu göstəricinin 6 trilyon kubfutadək artmaq potensialı var.

“Bu gün Azərbaycan və AÇG tərəfdaşları üçün çox böyük bir gündür. AÇG-nin uzun və uğurlu tarixi var. Artıq 30 ilə yaxın neft hasil edən bu yataq indi yeni səhifə açır”, - BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib.

Onun sözlərinə görə, AÇG neftlə yanaşı qaz hasilatı dövrünə başlamaqla inteqrasiya olunmuş neft və qaz yatağı kimi regional sənayedə aparıcı rol oynayacaq.

Kristofoli bildirib ki, layihə Azərbaycanın Avropaya enerji tədarükünü artırmaq planlarına töhfə verəcək və ölkənin enerji keçidi istiqamətində səylərini dəstəkləyəcək.

BP-nin məlumatına görə, ilk hasilat quyusu hazırda istismarda olan neft laylarının altında yerləşən iki prioritet sərbəst qaz layını — Qırmakıüstü Qumlu və Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyib.

Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib, Qırmakıaltı Qumlu lay dəstində isə yüksək təzyiqli qaz ehtiyatları aşkar edilib.

İlk sərbəst qaz hasilatı əməliyyatları Qırmakıaltı Qumlu lay dəstində başlanıb və ilkin dövrdə quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir.

Quyudan hasil edilən qaz və kondensat mövcud AÇG infrastrukturu vasitəsilə Səngəçal terminalına göndəriləcək.

AÇG-də sərbəst qaz ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatına imkan verən mövcud hasilatın pay bölgüsü sazişinə əlavə 20 sentyabr 2024-cü ildə elan edilib.

Əlavə sənəd 2049-cu ildə AÇG üzrə mövcud HPBS-nin müddətinin sonunadək qüvvədə olacaq. BP bildirir ki, növbəti 23 il ərzində AÇG-də sərbəst qaz ehtiyatlarının işlənməsinə milyardlarla dollar sərmayə qoyulması potensialı var.

AÇG tərəfdaşlarının layihədə iştirak payları belədir: BP – operator olaraq 30,37%, SOCAR – 35,3%, MOL – 9,57%, INPEX – 9,31%, ExxonMobil – 6,79%, TPAO – 5,73%, ONGC Videsh – 2,92%.

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol