• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan onilliklər boyu qlobal enerji mərkəzi ola bilər

Azərbaycan onilliklər boyu qlobal enerji mərkəzi ola bilər
02.06.2026 09:31

 

BP Azərbaycanın zəngin karbohidrogen ehtiyatları, inkişaf etmiş ixrac infrastrukturu və ixtisaslı insan kapitalı sayəsində onilliklər boyu dünya səviyyəli enerji mərkəzinə çevrilə biləcəyini hesab edir. Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib.

Bakı Enerji Həftəsində çıxış edən Kristofoli qeyd edib ki, Xəzər hövzəsi dünyanın əsas karbohidrogen regionlarından biri olaraq qalır və Azərbaycan yüksək etibarlılıqla işləyən enerji infrastrukturu ilə seçilir.

“Vizyonumuz Azərbaycanı və bu regionu onilliklər boyu dünya səviyyəli enerji habına çevirməkdir”, – o deyib.

Kristofoli Şahdəniz yatağını regional enerji təhlükəsizliyinin əsas dayağı adlandıraraq bildirib ki, yatağın qaz ehtiyatları təxminən 28 trilyon kubfut təşkil edir.

“Bu həcm Böyük Britaniyanın 10 il ərzində qaz tələbatını ödəməyə kifayət edər”, – o qeyd edib.

BP yataqda hasilatın artırılması məqsədilə investisiyaları davam etdirir. Şirkət Şahdəniz Kompressiya Layihəsinə 2,9 milyard dollar sərmayə yatırır. Layihə çərçivəsində Xəzərdə ilk tam elektrikləşdirilmiş və daimi heyət olmadan işləyəcək kompressiya platforması quraşdırılacaq.

Kristofolinin sözlərinə görə, BP mürəkkəb geoloji şəraitdə qazılan yeni quyular üçün qabaqcıl texnologiyalardan istifadə edir. Şirkət ilk dəfə olaraq Xəzərdə quyudaxili təzyiqin dəqiq tənzimlənməsinə imkan verən “controlled mud line” texnologiyasını tətbiq edib.

O əlavə edib ki, Bakı BP daxilində getdikcə daha böyük mühəndislik və texniki mərkəzə çevrilir.

“Biz Bakını yeni Hyuston və ya yeni Aberdinə çeviririk”, – Kristofoli bildirib.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol